Xorvatiya səfiri: Azad edilmiş ərazilərdə böyük irəliləyişin olması heyrətamizdir
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolunda aparılan işləri son mərhələdədir.
Bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç APA-ya açıqlamasında bildirib.
Səfir bildirib ki, bu, onun Şərqi Zəngəzura ilk səfəri deyil: “Artıq yeddi ildir Azərbaycandayam. Əlbəttə ki, bu, mənim Şərqi Zəngəzura ilk səfərim deyil, amma hər dəfə yenidən gələndə böyük bir dəyişikliyin, böyük irəliləyişin olması heyrətamizdir”.
Diplomat Zəngəzur dəhlizindən də danışıb: “Bu dəfə Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolunda aparılan işlərin son mərhələsi ilə tanış oldum. Bu, həqiqətən təsiredicidir. Təbiət çox gözəldir və mən burada yalnız yaxşı gələcək görürəm. Bura artıq müharibə ərazisi deyil. Uzun illərdən sonra yalnız yaxşı gələcək var. Bu, yaxşıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 31 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















