Icma.az
close
up
RU
Xorvatiyada Heydər Əliyevin xatirəsi yad edilib

Xorvatiyada Heydər Əliyevin xatirəsi yad edilib

Azərbaycanın Xorvatiyadakı səfirliyi Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə tədbir keçirib.

Bu barədə Azərbaycanın Zaqrebdəki səfiri Anar İmanov sosial şəbəkədə bildirib.

“Azərbaycanın Xorvatiyadakı səfirliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə tədbir keçirib”, – diplomat qeyd edib.

Onun sözlərinə görə, iştirakçılara keçmiş prezidentin “inkişaf edən, firavan və həqiqətən müstəqil Azərbaycanın yaradılmasında həlledici rolu barədə məlumat verilib”.

“İstedadlı Azərbaycan musiqiçiləri Fərid Feyzullayev və Jalə Feyzullayevanın tanınmış Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət ifası tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib”, – səfir vurğulayıb.

seeBaxış sayı:81
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri