Xorvatiyalı FIFA referisi Azərbaycan komandasının matçına ilk dəfə təyinat alıb
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Xorvatiyalı FIFA referisi İqor Payaç UEFA turnirlərində Azərbaycan komandasının matçına ilk dəfə təyinat alıb.
Ölkə.az-ın məlumatına görə, İspaniyada "Atletik" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununu idarə edəcək hakim daha əvvəl ölkə təmsilçilərinin qarşılaşmasında iş başında olmayıb.
Bu, 40 yaşlı ədalət təmsilçisinin qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində (əvvəlki qrup mərhələsi) ilk görüşü kimi də tarixə düşəcək.
2018-ci ildən beynəlxalq təyinatlar alan Payaç indiyədək Avropa Liqasında əsas və təsnifat, Çempionlar Liqasında isə təsnifat matçlarında söz sahibi olub. O, Xorvatiya ilə yanaşı, Səudiyyə Ərəbistanı, Yunanıstan və Kipr çempionatının oyunlarını da idarə edib.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 20 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















