Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı İranın zərbələri nəticəsində yaralanıb
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı İranın Təl-Əvivə endirdiyi raket zərbələri nəticəsində yaralanıb.
Bu barədə Xorvatiyanın xarici işlər naziri Qordan Radman "X" sosial şəbəkəsində bildirib.
"Tel-Əvivə zərbələr zamanı konsul və onun həyat yoldaşının xəsarət alması xəbəri məni şoka saldı. Onların yaşadıqları binaya ziyan dəyib. Xoşbəxtlikdən onların xəsarətləri yüngüldür və həyat üçün təhlükə yaratmır", - XİN rəhbəri yazıb.
O qeyd edib ki, Xorvatiyanın İsraildəki səfirliyi ilə daimi əlaqə saxlayır və bu səfirlik öz şəxsi heyətinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.
"Biz mülki şəxslərə və diplomatik obyektlərə edilən hücumları qətiyyətlə pisləyirik. Dərhal gərginliyi azaltmağa və təmkinli olmağa çağırırıq", - bəyanatda deyilir.
/report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 14 İyun 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















