Icma.az
close
up
RU
Azərbaycanda tələbə yataqxanaları nə vəziyyətdədir? QİYMƏTLƏR FOTO

Azərbaycanda tələbə yataqxanaları nə vəziyyətdədir? QİYMƏTLƏR FOTO

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sentyabrın 15-i Azərbaycanda yeni dərs ili başlayır. Bu günlərdə həm valideynləri, həm də tələbələri ən çox narahat edən məqamlardan biri yataqxana məsələsidir.

BAKU.WS paytaxtda kirayə mənzillərin bahalaşdığı bir dövrdə universitetlərin yataqxanalarındakı vəziyyətlə bağlı araşdırma apardı.

Nəzərinizə çatdıraq ki, yataqxanalarda həyat şəraiti kimi elə qiymətlər də bir-birlərindən fərqlidir.

Azərbaycan Tibb Universiteti (ATU)

ATU-da hazırda 4 yataqxana fəaliyyət göstərir. Universitetin 3 saylı yataqxanası isə təmir etdirilir. 1 və 2 saylı yataqxanada qızlar, 6 saylı yataqxanada oğlanlar, 5 saylı yataqxanada isə əcnəbi tələbələr yaşayırlar.

Tibb Universitetinin fəaliyyət göstərən 4 yataqxanasının ümumi tutumu 968 nəfərdir. Yataqxanalara qeydiyyat zamanı ilk olaraq qazi və şəhid ailələrinin üzvlərinə üstünlük verilir. Təhsil müəssisəsi çalışır ki, yerli tələbələrin hamısını yataqxana ilə təmin edə bilsin.

Azərbaycan Tibb Universitetində yerli tələbələrə yataqxana qiyməti aylıq 50-80 manat arası dəyişir.

Azərbaycan Dillər Universiteti (ADU)

ADU-da qızlar üçün yataqxana fəaliyyət göstərir. Yataqxana 200-dən bir qədər çox tələbə tutumuna malikdir. Yataqxana daxilində tələbələr üçün kitabxana var. Onlar dərslərinə kitabxanada da hazırlaşa bilərlər. Yataqxanada bir nəfər üçün aylıq qiymət 20 manatdır. Əlamətdar günlərdə isə rəhbərlik tərəfindən tələbələrə xüsusi güzəştlər olunur. İmkansız ailələrin övladları tərəfindən müraciətlər olduqda isə, tələbə həmkarlar tərəfindən onlara güzəştlər də edilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)

ADNSU-nun vaxtilə 7 binadan ibarət yataqxana kompleksi olub. Hazırda isə universitetin balansında olan köhnə yataqxanalardan bir bina fəaliyyət göstərir, həmin bina qismən təmir olunub, istifadəyə verilib. Yataqxanada 320 nəfərlik yer var. Otaqlar 2 və 3 nəfərlikdir, hər otağın qiyməti 100 manat təşkil edir. Bu da 3 nəfərlik otaqlar üçün hər tələbəyə 35, 2 nəfərlik otaqlar üçün isə 50 manat ödəniş deməkdir. Yataqxanada yerli və əcnəbi tələbələr qalır. Bundan əlavə, yerli tələbələr arasında sosial təminatı zəif, həssas ailə qruplarına daxil olan tələbələrə güzəştlər olunur, ehtiyac yarandıqda onlar pulsuz yataqxana ilə təmin olunurlar.

Bakı Dövlət Universiteti (BDU)

BDU-nun tələbə evi 220 nəfərlikdir. Yataqxanada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Yataqxanadan universitetə qədər məsafə 1-2 dəqiqədir. Buraya tələbə yerləşdirmək üçün lazım olan məbləğ 1 nəfərə görə 75 manatdır.

Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Bundan başqa BDU-nun yeni yataqxanalarının tikilməsi planlaşdırılır.

Xəzər Universiteti

Universitetin 90 nəfər tələbə tutumuna malik yataqxanası var. Bu yataqxanaya əsasən xarici tələbələr, rayonlardan gələnlər və qızlar yerləşdirilir. 1 tələbə üçün yataqxana qiyməyi 90-130 manat arası dəyişir. Bu da otaqların 2, 3 və 4 nəfərlik olmasına görə müəyyən edilir.

Yataqxanada 24 saat internet, kamera sistemi, isti və soyuq su, ütü və paltaryuma otaqları mövcuddur.

İlahiyyat İnstitutu

Azərbaycan İlahiyyat İnstitutunun özünəməxsus yataqxanası, hələlik obyektiv səbəblər ucbatından mövcud deyildir.

Buna baxmayaraq, sosial təminatı zəif, eyni zamanda şəhid və qazi ailələrindən olan tələbələrə gəlincə, onlara kirayə yardımı etməyə çalışırıq. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu bizə dəstək verir.

Qeyd edək ki, ali təhsil müəssisəsində təhsil tamamilə ödənişsizdir. Tələbələr dərsliklərlə təmin edilir, eyni zamanda təqaüddən əlavə onlara yeməkpulu ödənilir. Həmçinin, yüksək göstəricilərə malik tələbələr adlı təqaüdlərlə təmin edilirlər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA)

Akademiyanın hələlik yataqxanası olmasa da, bu barədə müzakirələrin getdiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (ADMİU), Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU), tələbə evləri uzun illərdir, qaçqın və məcburi köçkünlərin məskunlaşması üçün istifadə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Yanvar 2026 03:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri