Icma.az
close
up
RU
Xoşbəxt olmaq istəyirsənmi?

Xoşbəxt olmaq istəyirsənmi?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Biz həmişə əzizlərimizə, yaxınlarımıza xoşbəxtlik arzulayırıq.

Bəs xoşbəxtlik nədir? Görəsən kimlər xoşbəxtdirlər? Bəzən bizə elə gəlir ki, xoşbəxt olmaq üçün böyük sərvət sahibi olmaq lazımdır, lakin varlılar da özlərini xoşbəxt hiss etmirlər. Vəzifə sahibi olmaq, cəmiyyətdə yüksək mövqe tutmaq insanı xoşbəxt edə bilərmi? Tarixdən hökmdarların talelərini yadımıza salaq: onlar xoşbəxt idimi? Əgər varlılar xoşbəxtdirlərsə, onda kasıblar bədbəxtdirlər? Bəlkə xoşbəxtlik insanın sağlamlığındadır? Ancaq elə kasıb və ya şikəst insanlar var ki, onlar özlərini xoşbəxt hiss edirlər.

Bəzən biz özümüzü başqaları ilə müqayisə edərək xoşbəxtliyimizi onların bədbəxtliyində görürük.

İnsan nə vaxt xoşbəxt olur? Uşaqlıq dövrünü yadınıza salın, onda özünüzü çox xoşbəxt sanırdınız, heç bir qayğınız yox idi. Yaşa dolduqca isə problemlər, çətinliklər (bunlar lap çoxdur) bizə xoşbəxt olduğumuzu düşünməyə imkan vermir.

Bəşər tarixinin inkişafına nəzər salaq. İbtidai insanlar tox olduqda özlərini xoşbəxt sanırdılar. Cəmiyyət inkişaf etdikcə insanların  maddi və mənəvi tələbatı artır və insan öz tələbatlarını ödəyə bildikdə özünü xoşbəxt hiss edə bilir, lakin tələbatların sonu olmadığından tam  xoşbəxtlik də olmur.

Nə sərvət, nə vəzifə, nə hakimiyyət, nə də sağlamlıq (bunların heç biri daimi deyil) insanı xoşbəxt edə bilmir.

Fikrimizcə, xoşbəxt olmağın üç şərti vardır: Allah sevgisi, azadlıq və nəfsin tərbiyəsi.

Dərkedilməz, zaman və məkana sığmayan Allah özünü bizi əhatə edən bütün cismlərdə təcəssüm etdirir. Allah sevgisi təbiətdə olan bütün cansız və canlı  varlıqlara məhəbbət hissidir. İnsan  nəyə sevgi ilə yanaşırsa, onlardan da həmin münasibəti görür. Allahını sevən insan sevgi və qayğı ilə əhatə olunur və onun qarşısında tamam başqa aləm açılır. Sevgiyə nəinki insanlar, bitki və heyvanlar, hətta cansız təbiət də sevgi ilə cavab verir. Daşlara, mərmər və ya ağac parçasına qayğı ilə yanaşan insan ondan nələr yaratmır? İnsanın yaratdığı  bütün gözəlliklər Allah sevgisinin nəticəsidir.

Bioloji və ictimai varlıq olan insan fiziki və mənəvi cəhətdən azad olmadan heç vaxt xoşbəxt ola bilməz. Fiziki azadlıq heç kimdən asılı olmamaqla, mənəvi azadlıq isə elmlərlə qazanılır. Cahil insan təbiət və cəmiyyət hadisələrini dərk edə bilmədiyindən, həmişə onlardan qorxur  və onlardan asılı olur. Elmlərə yiyələnmədən azad olmaq, azad olmadan isə xoşbəxt olmaq mümkün deyildir.

İnsan doğulduqda onda heyvanlarda olduğu kimi ancaq nəfs (instinktlər) olduğu halda, tərbiyə və təhsil prosesində o, hisslərini ağlına tabe etməyi öyrənir. Nəfsi (ona şeytan da deyirlər) cilovlamaq çox çətindir. Həzrət Əlinin bir kəlamını yadınıza salın: "Özünə qalib gəlmək ordulara qalib gəlməkdən çətindir". Yalnız öz hisslərini (arzu və istəklərini) və ya nəfsini idarə edə bilən insanlar xoşbəxt ola bilərlər. N. Tusi "Əxlaqi Nasiri əsərində nəfs haqqında belə yazır: "Nəfs elə bir şeydir ki, onu öz halına buraxsan, alçaqlığa meyil göstərib bataqlığa batar, cilovlayıb istiqamət versən, fəzilət yüksəkliklərini fəth edib kamala çatar".

Tarix boyu insanlar nəfslərini ağıllarına tabe etməyə çalışmış, buna nail olanları kamil insan adlandırmışlar. N.Tusi kamil insanı belə  səciyyələndirir: "Kamil insan nə itirilmiş var-dövlətinin həsrətini çəkər, nə arzularının həyata keçməməsindən kədərlənər, nə qələbə çalanda çaşar, nə də kama çatdıqda həddini aşar".

Bizi əcdadımıza yaxınlaşdıran, heyvani hiss olan nəfsi kamilləşdirməyin məqsədi səadət və xoşbəxtlikdir. Nəfsini (arzu və istəklərini) idarə edə bilməyən insan heç vaxt xoşbəxt olmur. Nəfs və ağlın sonu olmadığı üçün xoşbəxtliyin də sonu olmur və xoşbəxtlik hər bir insan üçün fərdi xarakter daşıyır.

Xoşbəxtlik  -  insanda gözəl, xoş duyğuların yaranması, müsbət enerjili impulsların qəbul edilməsidir. İnsan ömrü boyu neqativ enerjili impulsları özündən uzaqlaşdırmağa çalışmalı, olana sevinməli, itənə təəssüf  etməməlidir.

Xoşbəxtlik öz daxilimizdədir, onu kənarda axtarmaq, vəzifə, hakimiyyət və şöhrətdə görmək səhrada ilğımı su sanmaq kimidir.

"Zaman Azərbaycan"

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri