Xoşbəxt olmaq istəyirsiniz? Həkimin 7 məsləhətindən xəbərdar olun
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yeddi məsləhətə əməl etməklə daha xoşbəxt olmaq mümkündür.
Ölkə.az "El Economista" istinadən xəbər verir ki, bunu psixiatr Enrike Rojas bildirib.
Rojasın sözlərinə görə, ilk addım keçmişin yaralarını sağaltmaq və keçmiş səhvlərə görə özünü bağışlamağı öyrənməkdir. Həkimin ikinci məsləhəti ürək və ağıl arasında tarazlıq tapmaqdır. Digər vacib aspekt isə müsbət baxış bucağı və istənilən vəziyyətdə yaxşı tərəfi görmək bacarığıdır.
Mütəxəssis əlavə edib ki, xoşbəxtliyə çatmaq üçün iradəni inkişaf etdirmək lazımdır.
"İradə psixologiyamızın vacib elementidir və güclü, möhkəm, sarsılmaz, ardıcıl iradə əsl xəzinədir", - deyə o izah edib.
Həkim həmçinin sevgi, iş, mədəniyyət və dostluq da daxil olmaqla bütün aspektləri əhatə edən bir həyat planı hazırlamağı xoşbəxtliyin eyni dərəcədə vacib aspekti adlandırıb.
Sonda o, insanları keçmişə baxmaq əvəzinə, daxili rahatlıq tapmağa və gələcək haqqında xəyallar qurmağa davam etməyə çağırıb.(publika)
Baxış sayı:132
Bu xəbər 10 Fevral 2026 07:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















