Icma.az
close
up
RU
Xoşbəxt olmaq üçün nələr lazımdır?

Xoşbəxt olmaq üçün nələr lazımdır?

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xoşbəxtlik davamlı sevinc hissi deyil. O, insanın həyatında məna tapması, özünü təhlükəsiz hiss etməsi, sağlam münasibətlər qurması və çətinliklərlə mübarizə aparmaq üçün daxili resurslarının olması ilə bağlıdır. Ona görə də xoşbəxt cəmiyyət yaratmaq təkcə iqtisadi göstəricilərlə deyil, insanların psixoloji rifahına və sosial əlaqələrinə verilən dəyərlə də ölçülməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Nizami Orucov deyib.

O bildirib ki, son illərdə bir çox ölkədə insanların həyat məmnuniyyəti və xoşbəxtlik göstəricilərində müəyyən azalma müşahidə olunur:

“İqtisadi qeyri-müəyyənlik, müharibələr, pandemiyanın uzunmüddətli psixoloji təsirləri, sosial təcrid, sürətli həyat tempi və rəqəmsal dünyanın yaratdığı daimi müqayisə hissi insanların emosional rifahına təsir edən əsas amillərdəndir”.

Psixoloqun fikrincə, ən mühüm səbəblərdən biri insanların getdikcə daha çox müqayisə etməsidir:

“Sosial şəbəkələrdə insanlar başqalarının həyatının yalnız ən uğurlu və xoşbəxt görünən tərəfini görürlər. Bu zaman öz həyatlarını həmin görüntülərlə müqayisə edir və sahib olduqlarını deyil, çatışmayanları görməyə başlayırlar. Həmçinin insanlar texnologiya sayəsində bir-biri ilə daha çox əlaqədə olsalar da, emosional yaxınlıq və mənalı münasibətlər zəifləyib. Araşdırmalar da göstərir ki, güvənli sosial əlaqələr və dəstək sistemi insanın psixoloji rifahını qoruyan ən güclü amillərdəndir”.

Ekspertin sözlərinə görə, xoşbəxtlik göstəricilərindəki eniş qaçılmazdır:

“Xoşbəxtliyi yalnız maddi uğur, status və ya davamlı mükəmməlliklə əlaqələndirmək də insanı yorur. İnsan daim daha çoxuna çatmağa çalışdıqda, əldə etdikləri qısa müddətdə adiləşir və məmnunluq hissi azalır. Psixologiyada bu vəziyyət hedonik adaptasiya adlanır – insan yeni uğurlara, rahatlığa tez alışır və yenidən özünü natamam hiss etməyə başlayır. Bu vəziyyəti dəyişmək mümkündür. Bunun üçün təkcə fərdlər deyil, cəmiyyət də psixi sağlamlığa daha çox önəm verməli, sosial dəstək sistemləri gücləndirilməli, iş və şəxsi həyat arasında balans qorunmalı, ailə və dost münasibətlərinə daha çox dəyər verilməlidir. Eyni zamanda insanların psixoloji yardım almağa münasibətinin dəyişməsi də müsbət addımdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 İyul 2026 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see300

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see288

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see272

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see262

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see262

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see258

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see256

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see241

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see239

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see235

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see229

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see216

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see195

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see194

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see193

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see190

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see188

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see187

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see172

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri