Icma.az
close
up
RU
Ömürdən sonrakı... xoşbəxt

Ömürdən sonrakı... xoşbəxt

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

...Anım gecəsinin aparıcısı tanınmış tənqidçi, esseist, şair Əsəd Cahangir üzünü mənə tutub dedi ki, indi söz verəcəyi adam bu gün bura gəlibsə, deməli, xüsusi bir səbəb var.

Əsəd Cahangir düz tapmışdı: həqiqətən də, onun dediyi kimi, Yazıçılar Birliyinə hələm-hələm getmirəm. Təkcə ona görə yox ki, bu qurumun üzvü deyiləm. Sadəcə, bəzən kitab təqdimatlarına, yubiley gecələrinə-filan gedirəm. O da vaxt olanda, imkan düşəndə.

Amma İsmayıl Qarayevin anım gecəsinə getmək üçün, doğrudan da, xüsusi səbəbim var idi; Əsəd Cahangir bunda da haqlı idi.

Hələ mən orta məktəbdə oxuyanda İsmayıl Qarayev məndə yazı-pozuya, publisistikaya, ədəbiyyata maraq, həvəs yaradan yazıçılardan biri olub. Özümü İsmayıl Qarayevə həmişə mənəvi borclu hiss etmişəm. Bu borcu yalnız onun adı olan yerlərə getməklə, hələ oxumadığım əsərlərini oxumaqla, haqqında gücüm çatan üç-beş cümlə yazmaqla ödəyə bilərəm. Axıra qədər ödəyə bilsəm...

"Ömür"dən sonra" adlı anım gecəsinə və kitablarının təqdimatına məni aparan da məhz bu böyük və talesiz yazıçıya olan daxili borcum idi.

Hələ 13-14 yaşlarım olanda Füzuli rayonunda çıxan "Araz" qəzetində xırda-xırda yazılarım dərc olunurdu. Sonra bəzi yazılarım radioda da səsləndirilmişdi. Respublika mətbuatına da çıxa bilmişdim. Amma hələ bu, həvəskar jurnalistikaydı, peşəkar deyildi.

Ədəbiyyat müəllimim Məhəmməd Hüseynov da mənim jurnalist olmaq istədiyimi bilirdi, mənə məsləhətlər verirdi.

Bir gün Məhəmməd müəllim dərsdə məndən: "Hal-hazırda nə oxuyursan?" deyə soruşdu. Bu sualı ara-sıra verirdi; dərsdən kənar nə mütaliə etdiyimlə maraqlanırdı. Bu dəfə də sualın mənasını dərhal tutdum. "Dostoyevskidən "Netoçka Nezvanova" deyə cavab verdim. O da qısa pauzadan sonra mənə dedi: "Onu oxu qurtar, sonra İsmayıl Qarayevin "Gecə keçir" romanına başla. Sonra da başqa əsərlərini oxuyarsan".

Sözün düzü, birinci dəfə idi ki, İsmayıl Qarayev adlı yazıçı haqda eşidirdim. Mənə də maraqlı gəldi. Kitabxanadan bu kitabı götürdüm. Əlimdəkini oxuyub bitirən kimi "Gecə keçir" romanını oxumağa başladım. Sonra o biri əsərlərinin də bəzilərini çətinliklə də olsa, tapdım, oxudum. Bu yazıçının yaradıcılığına bağlandım.

Amma bir xeyli müddət yazıçı İsmayıl Qarayevi efirdə, qəzet-jurnal səhifələrində görmədim. Ailəmiz "Azərbaycan", "Ulduz" jurballarına, "Ədəbiyyat və İncəsənət" qəzetinə abunə yazılmışdı. Bunları izləyirdim, oxuyurdum. Heç yerdə İsmayıl Qarayev haqqında heç nə yox idi. Nə də öz əsərləri çap olunurdu. Bu, mənim yazıçıya marağımı daha da artırdı.

Çox sonralar - Bakıda Universitetdə oxuyanda bir müəllimdən öyrəndim ki, İsmayıl Qarayev xeyli müddət həbsdə olub. Əsl səbəb də Sovet quruluşunun qüsurlarını, haqsızlıqları dilə gətirməsi imiş.

Bir sözlə, dilinin bəlasına düşüb.

1989-cu ildə - Universitetin son kursunda ikən Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində yarımştat işə düzəlmişdim. Həmin vaxt mən İsmayıl Qarayevin "Ömür" romanını oxuyurdum. Bir gün Mərkəzdə şair-tərcüməçi Vilayət Rüstəmzadənin otağına gedib, bu yazıçı haqqında soruşdum.

Dedim:"Vilayət müəllim, İsmayıl Qarayevi tanıyırsınız?"

Gözləri əvvəl işıqlandı, sonra kölgələndi. Xeyli duruxub, handan-hana dilləndi: "Necə tanımıram?! Əlbəttə, tanıyıram. Heyf ondan. Elə bu yaxınlarda rəhmətə getdi". Sonra da əlavə elədi: "Elə qızı Xanım bizdə işləyir".

Söhbət sonralar çox populyarlıq qazanacaq nəğməkar şair, bəstəkar Xanım İsmayılqızıdan söhbət gedirdi.

Ancaq nədənsə heç Xanım İsmayılqızına yaxınlaşıb İsmayıl Qarayev barəsində heç nə soruşa bilmədim. Sadəcə, bir dəfə Mərkəzin pilləkənlərində qarşılaşanda başsağlığı dilədim. Başqa heç nə soruşmağa da ürək eləmədim.

...Dünənki anım gecəsinə gələnə qədər mən elə bilirdim, İsmayıl Qarayevi tanıyıram. Axı onun çap olunmuş əsərlərinin hamısını oxumuşdum. Amma...

Yazıçılar Birliyinin qarşısına çatanda tanınmış, talantlı şair Vaqif Bəhmənli ilə qarşılaşdım. Ayaqüstü İsmayıl Qarayev haqda danışırdıq. Bu dəmdə yazıçı Mustafa Çəmənli bizə yaxınlaşıb dedi: "Rəhmətlik Quşçuçuq fabrikində fəhlə işləyirdi. Mən də İsmayıl müəllimin özündən xəbərsiz müdirə dedim ki, bu kişi tanınmış yazıçıdır, ağır işlərə göndərmə. O da dedi: "Yaxşı, elə tapşıraram, buralarda quşlara dən səpsin, ağır işlərə getməsin".

Necə yəni Quşçuluq fabrikində fəhlə işləyirmiş?! Bu nə deməkdir?!

Bir az sonra - anım gecəsində aparıcının geniş, dolğun çıxışından, eləcə də, başqa çıxışlardan bunun səbəbi bəlli oldu.

İsmayıl Qarayev 8 il həbsxana həyatı yaşayıb. Xeyli əsərlərini də elə həbsxanada yazıb. Yazıçı türmədə hər gecə saat 3-dən səhər saat 7-yə qədər yazıb. Onlarla ronan, povest, yüzlərlə hekayə, mikroromanlar, radiopyeslər... Bir yazıçı ömrünə sığmayacaq qədər çox əsər. Hər biri də o birindən dəyərli.

Sözə bu qədər bağlı, ədəbiyyata bu qədər vurğun, qələminə bu qədər sadiq olmaq böyük ürək, böyük iradə istər.

Ancaq bu əsərlərinəlyazmadaydı, çap etdirə bilmirdi. Həbsdən sonra onu heç yerdə, yəni mətbuat, nəşriyyat sahəsində işə götürməyiblər. Halbuki öz dövründə "İsmayıl Qarayev redaktəsi" deyilən bir ifadə yaranmışdı. Bu, həbsdən əvvəl olmuşdu. Həbsə düşəndə onu Yazıçılar İttifaqından da çıxardılar, kitablarının çap olunmasına icazə vermədilər. Dostları da sınandı, düşmənlər də ələndi. Amma İsmayıl Qarayev azadlığına qovuşandan sonra da onun üzünə bütün nəşriyyatların qapısı hələ də bağlı idi. Bax, o zamanlar ailəsini dolandırmaq üçün Quşçuluq fabrikində fəhlə işləyib, erkən yaşda anasız qalmış övladlarını bir tərəfə çıxarmağa çalışıb. Amma çox sonralar bəraət də alıb, üzərindən o ağır ittihamlar da götürülüb, Yazıçılar Birliyinə bərpa da olunub. Kitabları da çıxıb. Heyhat! Hər şey üçün çox gec idi. 16 il ərzində yazıçının kitabının çap olunmağına imkan verilməyib, təsəvvür edin. Bir yaradıcı insana bundan dəhşətli işgəncə nə ola bilər?! Özünün də dostlarına dediyi kimi, düz olduğu üçün düzdə qalmışdı. Amma əyilməmiş, sınmamışdı. Ona görə də mən çıxışımda dedim ki, o cür şərtlər altında sözün gücünü təmsil etmək böyük kişilik idi.

Bəli, düz on altı il bir dənə də olsun kitabını çap etdirə bilməmişdi, buna icazə verilməmişdi. Amma övladları o boşluğu doldurdular; hamısı nəşriyyat işi, kitab çapı ilə məşğul oldular və bu gün artıq İsmayıl Qarayevin nə az, nə çox, düz 70 kitabı birdən çap olunub.

Qəribə taledir, həbsdən qabaq - sağlığında 7 kitabı çıxmışdı. Sonra çox, həm də çox uzun pauza oldu. Məcburi pauza. Və indi 70 kitab!

Bəlkə bunun da bir rəmzi mənası var. Bəlkə bu da bir işarədir: nakam yazııçının ruhu bizə qeybdən pıçıldayır: "7-dən 70-ə hər kəs bu kitabıarı oxusun".

Həqiqətən də İsmayıl Qarayevi oxuyun. Həm bu dünyada incinmiş, incik getmiş ruhunu rahatladarsınız, həm də çox maraqlı bir yazıçını kəşf edib, oxuyub aydınlanar, daxilən daha da zənginləşərsiniz.

Usta nasir, şair, naşir İsmayıl Qarayevin və özündən sonra cavan yaşlarda dünyasını dəyişmiş oğullarının - Qoşqarın və Savalanın da ruhları şad olsun! Allah onlardan rəhmətini əsirgəməsin!

Ayrıca olaraq, yazıçının adını yaşadan, yaradıcılığını işıq üzünə çıxaran övladı Vəsimə İsmayılqızına halal olsun!

Anım gecəsində də belə bir ifadə işləndi: "Hər yazıçının övladı atasının yaradıcılığına sahib çıxmır. Hətta eləsi var, heç atasının yazdıqlarını oxumur".

Təəssüf ki, bu da var. Amma İsmayıl Qarayev o baxımdan xoşbəxt ata, bəxtəvər yazıçıdır. Onun öz taleyi çox məşəqqətli olsa da, məhrumiyyətlə dolu olsa da, övladları yazıçının irsinə sahib çıxdılar, onu ədəbiyyatda, ədəbiyyat tarixində, yaddaşlarda, oxucu sevgisində yaşadırlar. Heç kim, illah da, heç bir yazıçı ölümündən sonra bu qədər xoşbəxt olmur.

Elə anım gecəsinin adı da bu fikri doğruldur: "Ömürdən sonra"...

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see171

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri