Icma.az
close
up
RU
XRİTDX nin nümayəndəsi beynəlxalq kibertəhlükəsizlik tədbirində çıxış edib

XRİTDX nin nümayəndəsi beynəlxalq kibertəhlükəsizlik tədbirində çıxış edib

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndəsi Tural Məmmədov 7–10 sentyabr 2026-cı il tarixlərində Fransanın Strasburq şəhərində keçirilən “Underground Economy 2026” (UE26) beynəlxalq kibertəhlükəsizlik tədbirində spiker qismində iştirak edib.

Adalet.az xəbər verir ki, “Underground Economy 2026”  qapalı beynəlxalq platformada kibertəhlükəsizlik və təhdid kəşfiyyatı üzrə mütəxəssislər, hüquq-mühafizə orqanlarının nümayəndələri və siyasət formalaşdıran şəxslər bir araya gəlib. Tədbirdə XRİTDX-nin baş idarə rəisinin müavini Tural Məmmədov “Politically Motivated Cyber Operations” – “Siyasi motivli kiberəməliyyatlar” mövzusunda çıxış edib.

Çıxış zamanı T. Məmmədov siyasi və geosiyasi proseslərin kiberəməliyyatların hədəf seçiminə, zamanlamasına və məqsədlərinə təsiri, kiberfəaliyyətlərin texniki telemetriya və geosiyasi kontekst əsasında kompleks təhlili, dövlət informasiya infrastrukturlarına qarşı təhdidlərin erkən mərhələdə müəyyənləşdirilməsi məsələlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tural Məmmədov siyasi motivli kiberəməliyyatların qiymətləndirilməsində yalnız texniki indikatorlara əsaslanmağın kifayət etmədiyini, hədəfin strateji əhəmiyyəti, siyasi zamanlama və həyata keçirilən kampaniyanın ümumi məntiqinin nəzərə alınmasınında zəruri olduğunu qeyd edib.

Təqdimatda həmçinin mərkəzləşdirilmiş monitorinq və kibertəhdid kəşfiyyatı imkanlarının ayrı-ayrı zəif siqnalları vahid mənzərədə əlaqələndirməklə potensial kiberəməliyyatların ilkin mərhələdə aşkarlanmasında mühüm rol oynadığı bildirilib. Bu çərçivədə XRİTDX-nin Dövlət CERT Mərkəzinin praktiki təcrübəsi və tətbiq olunan yanaşmalar tədbir iştirakçılarına təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Sentyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri