Icma.az
close
up
RU
XRİTDX beynəlxalq tədbirdə iştirak edir

XRİTDX beynəlxalq tədbirdə iştirak edir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti 6-8 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən Dubay Dünya Ticarət Mərkəzində kibertəhlükəsizlik sahəsində beynəlxalq miqyasda ən nüfuzlu platformalardan biri olan “GISEC Global 2025” tədbirində iştirak edir. Tədbir BƏƏ Kibertəhlükəsizlik Şurası, BƏƏ Daxili işlər Nazirliyi, Dubay Polisi və Dubay Elektron Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutur. tədbirdə iştirak edir.

Qurumdan XQ-ə verilən məlumata görə, 160 ölkədən 18000-dən artıq informasiya təhlükəsizliyi mütəxəssisi, hökumət rəsmiləri, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər və 750-dən çox nüfuzlu brendi bir araya gətirən “GISEC Global 2025”in keçirilməsinin əsas məqsədi kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində ən son tendensiyalar, generativ süni intellekt, kvant kriptoqrafiyası, eləcə də zərərli proqram təminatı, dipfeyk texnologiyası ilə həyata keçirilən dələduzduq və süni intellektlə idarə olunan fidyə proqramları (ransomware) kimi aktual kibertəhdidlərə qarşı mübarizə yollarının müzakirəsi, bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və innovativ həllərin təşviq olunmasından ibarətdir.

Tədbir çərçivəsində XRİTDX-nin baş idarə rəisi general-mayor Azər Əhədov “Milli kiberdayanıqlılığın sürətləndirilməsi: Azərbaycanın kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsinə yanaşması” mövzusunda çıxış edib. O, çıxışında bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Eləcə də A. Əhədov qeyd edib ki, ölkəmizdə kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə ardıcıl və kompleks tədbirlər həyata keçirilir.

Həmçinin cari ilin 9-10 oktyabr tarixlərində XRİTDX və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə “Ağıllı şəhərlərdə kibermüharibə” mövzusuna həsr olunacaq “CIDC-2025” tədbirinin keçiriləcəyini “GISEC Global 2025” iştirakçılarının diqqətinə çatdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri