Icma.az
close
up
RU
Xronika: Bayden administrasiyası topal ördək rolunda ermənilərə sonuncu yaxşılığını etdi

Xronika: Bayden administrasiyası topal ördək rolunda ermənilərə sonuncu yaxşılığını etdi

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Tramp qayıtdı: Ermənistan üçün "əcəl zəngi" çalınır" adlı süjetdə Donald Trampın ABŞ-nin yeni prezidenti kimi atacağı addımların, verəcəyi qərarların dünyanın müxtəlif coğrafiyalarında proseslərin inkişafına necə təsir etməsindən bəhs olunub.

Bildirilib ki, əsas məsələ Tramp ABŞ-sinin Cənubi Qafqaz siyasəti, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yanaşmasıdır. Bu, həm də Azərbaycanın Qarabağın azad edilməsindən sonrakı hədəflərinə - azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı, Zəngəzur dəhlizinin açılması və digər məsələlərə təsir edəcək amillərdir.

Qeyd olunub ki, keçmiş təcrübə - Trampın 2016-2020-ci illəri əhatə edən ilk prezidentlik dövründə baş verənlər və proqnozlar ABŞ-nin yeni administrasiyasının Azərbaycanla münasibətlərə xüsusi önəm verəcəyi gözləntisini ön plana çıxarır. Trampla yanaşı, onun partiyasının - respublikaçıların da Azərbaycana münasibətində həmişə müsbət çalarlar müşahidə edilib. ABŞ-Azərbaycan münasibətlərinin son 25 ilinə nəzər yetirdikdə bunu aydın görmək olur.

Diqqətə çatdırılıb ki, Tramp Ağ evə yenidən qayıtdı və əsas gözləntilər Vaşinqton-Bakı xəttində münasibətlərin normallaşması, ABŞ-nin Cənubi Qafqazın həlledici və real gücü ilə əməkdaşlığa üstünlük verəcəyi yönündədir: "Vaşinqtonun xarici siyasət kursuna yön verən "Stratfor" beyin mərkəzinin proqnozu da bu istiqamətdədir. Amma bütün proqnozlar və gözləntilər Ermənistanın əleyhinədir. Belə ki, əgər Paşinyan hakimiyyəti indiyə qədər Qərbdə Bayden Amerikası və Fransa Avropasına bel bağlayır, Azərbaycanın haqlı tələblərindən onların dəstəyi ilə boyun qaçırırdısa, Tramp Amerikasının dövründə belə olmayacağı ehtimalı güclüdür. Real situasiyalar göstərir ki, rəsmi İrəvanın Bakının tələbləri qarşısında qaçış yeri daralmaqdadır. Ermənistan Azərbaycanın azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı da daxil olmaqla haqlı tələblərini yerinə yetirməlidir".

Sonda vurğulanıb ki, erməni jurnalistlərin yazdığına görə, 300 min azərbaycanlının tezliklə Qərbi Azərbaycan layihəsi çərçivəsində Ermənistana qayıdacağı gözlənilir və bundan sonra Vayots Dzor Dərəlyəz, Ararat Zəngibasar, Qeqarkunik Göyçə, Yerevan isə İrəvan olacaq".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasındam irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: "Bayden administrasiyası "topal ördək" rolunda ermənilərə sonuncu yaxşılığını etdi"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Yanvar 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri