Icma.az
close
up
RU
Xroniki yorğunluq sadəcə yuxu çatışmazlığı deyil Ekspertdən AÇIQLAMA

Xroniki yorğunluq sadəcə yuxu çatışmazlığı deyil Ekspertdən AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Xroniki yorğunluq sadəcə gündəlik yorğunluqla eyni deyil. Bu, uzun müddət davam edən, istirahət və yuxudan sonra belə keçməyən, insanın həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Əgər bu hal bir neçə həftə və ya ay davam edirsə, artıq onu sadəcə yorğunluq kimi qəbul etmək olmaz, çünki bu, çox zaman müəyyən xəstəliklərin əlaməti ola bilər”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, ən çox rast gəlinən səbəblərdən biri qan azlığıdır:

“Qanda oksigen daşıyan hemoqlobinin azlığı səbəbindən orqanizm kifayət qədər oksigenlə təmin olunmur və insan daim halsızlıq, gücsüzlük hiss edir. Digər vacib səbəb isə qalxanabənzər vəzin xəstəlikləridir. Hormonların çatışmazlığı (hipotiroidizm) maddələr mübadiləsini zəiflədir və insan özünü ağır, yorğun hiss edir. Əksinə, hormonların çoxluğu (hipertiroidizm) orqanizmi yükləyərək enerjini tez tükəndirir.  Xroniki yorğunluğa psixoloji amillər də səbəb ola bilər. Stres, narahatlıq və ya depressiya insanın həm emosional, həm də fiziki gücünü azaldır. Bu zaman istirahət kifayət etmir, çünki problemin kökündə psixoloji gərginlik dayanır. Yuxu pozğunluqları da geniş yayılmış səbəblərdəndir. Yuxu apnesi və ya keyfiyyətsiz yuxu zamanı insan yatmış olsa da, orqanizm dincələ bilmir və səhərlər yorğun oyanır”.

Nazirliyin mütəxəssis-ekspert bildirib ki, şəkərli diabet, ürək-damar və ağciyər xəstəlikləri də orqanizmin enerjisini aşağı salır:

“Diabetdə qanda şəkərin qeyri-sabit olması tez yorulmaya gətirib çıxarır, ürək və ağciyər problemlərində isə orqanizmin oksigenlə təminatı zəiflədiyi üçün yorğunluq artır. Bəzi hallarda xroniki infeksiyalar və ya immun sistem xəstəlikləri də bu hissi yarada bilər. Hətta səbəbi aydın olmayan və xüsusi olaraq “xroniki yorğunluq sindromu” adlanan bir vəziyyət də mövcuddur. Bu zaman yorğunluq aylarla davam edir və adi analizlərdə heç bir ciddi problem görünməyə bilər. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Qan analizləri, qalxanabənzər vəz hormonlarının yoxlanılması, şəkər səviyyəsinin ölçülməsi, ürək və ağciyərlə bağlı müayinələr səbəbin aydınlaşdırılmasına kömək edə bilər. Çünki yorğunluq çox zaman başqa xəstəliyin xəbərçisi olur və erkən diaqnoz həm müalicəni asanlaşdırır, həm də fəsadların qarşısını alır”.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri