Xruşşovun nəticəsi cərimələndi
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
SSRİ-nin keçmiş rəhbəri Nikita Xruşşovun nəticəsi, politoloq Nina Xruşşova Rusiyada 50 min rubl (1 037 manat) məbləğində cərimələnib.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Xruşşova Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib və barəsində 50 min rubl məbləğində inzibati cərimə tətbiq olunub.
Xaricdə yaşayan politoloqun Rusiya hakimiyyətinin qərarları barədə həqiqətə uyğun olmayan məlumatlar yaydığı, Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxdığı və “xarici agent” elan edilmiş şəxslərin materiallarının hazırlanmasında iştirak etdiyi iddia olunur.
Qeyd edək ki, Nina Xruşşova 2026-cı il martın 13-də Rusiya Ədliyyə Nazirliyinin qərarı ilə “xarici agent” elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 24 Noyabr 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















