Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Xruşşovun, Brejnevin, Qorbaçovun tərcüməçisi sirləri açdı

Xruşşovun, Brejnevin, Qorbaçovun tərcüməçisi sirləri açdı

Axar.az saytına istinadən Icma.az xəbər verir.

“Susmaq həmişə qızıl demək deyil. Görüşdə danışmaq, görüşdən sonra susmaq qızıl standartdır. Görüş zamanı sussan, hər şeyi itirə bilərsən - karyeranı, tutduğun vəzifəni. Görüşdən sonra gördüklərini danışsan həyatını itirmək təhlükəsi ilə də üzləşə bilərsən...”

Məşhur tərcüməçi Viktor Suxodrev 40 ilə yaxın bir müddətdə birincilərin bir addımlığında dayandığı vaxtlarda söylədiyi bu prinsiplə işləyib.

SSRİ-nin siyasi liderlərinin - Nikita Xruşşovun, Leonid Brejnevin, Aleksey Kosıginin, Andrey Qromıkonun, Mixail Qorbaçovun tərcüməçisi olan Suxodrev ən gərgin siyasi danışıqlarda belə yüksək peşəkarlıq nümayiş etdirib, bəzən əsəbləri tarıma çəkilən siyasətçilərin kobud ifadələrini tərcümə zamanı yumşaq ifadə etməyi məqsədəuyğun sayıb, hətta özü söylədiyi kimi, bəzi hallarda aktyorluq etməyə də məcbur olub:

“Siyasi liderlərin görüşləri efirdə və fotolarda göründüyü kimi heç də mehriban şəraitdə keçmir. Xüsusilə təkbətək görüşlər daha gərgin keçir. Amma bundan heç kimin xəbəri olmur. Hətta heç bir razılaşma əldə olunmayanda belə, ictimaiyyətə “dövlət başçıları təkbətək görüşdə ölkələr arasında gələcək münasibətlərin inkişafı ilə bağlı ətraflı müzakirələr aparıblar” kimi təqdim edilir.

Təkbətək görüşlərdə tərcüməçilərin üzərinə böyük yük düşür. Tərəflərin fikirlərini çətin, yaxud da asan ifadə etməklərindən asılı olmayaraq, tərcüməçi onu qarşı tərəfə anlaşılacaq dərəcədə çatdırmalıdır.

Ən çətin məsələ isə liderlərin zarafatlarını tərcümə etməkdir. Əgər bir dövlət başçısı həmkarına lətifə söyləyirsə, digər dövlət başçısı gülmürsə, ən azı üzündə təbəssüm yaranmırsa, tərcüməçi günahkar sayılır. Buna görə də belə hallarda gərək aktyorluq etməyi bacarasan, lətifəni tərcümə edərkən jestlərdən istifadə edəsən, bəzi ifadələri söyləyərkən səsini dəyişəsən, hətta bəzən gülüş yaratmaq üçün danışılan lətifələrə özündən əlavələr edəsən...”

2005-ci ildə “Nyu York Tayms” nəşri tərəfindən “Tərcüməçilər kralı” adını alan Viktor Suxodrev 1932-ci ildə Litvada, Kaunas şəhərində anadan olub. Atası Baş Kəşfiyyat İdarəsində (QRU) xidmət edib. O, xidmətinin 10 ilini ABŞ-da kəşfiyyat işinə sərf edib. Anası SSRİ Xarici Ticarət Kommissarlığında (nazirliyində) çalışıb.

Suxodrevin 8 yaşı olanda anası Londona SSRİ-nin ticarət nümayəndiliyində işə göndərilib və gələcəyin məşhur tərcüməçisi uçaqlığnın 5 ilini Londonda keçirib.

Onlar Moskvaya müharibə bitdikdən sonra, 1945-ci ildə qayıdıblar.

Viktor Suxodrev Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Fransız dili fakültəsində təhsil alıb. Təhsil illərində o, ingilis dilini də mükəmməl öyrənib.

İnstitutu bitirdikdən sonra Suxodrevi xarici dil bilgilərinə görə xüsusi xidmət orqanlarında işə dəvət ediblər. Bununla bağlı onun atası ilə də söhbət aparılıb. Amma atası oğlunun kəşfiyyat orqanlarında işləməsinə qəti etiraz edib.

Viktor Suxodrev ilk əmək fəaliyyətinə 1956-cı ildə Xarici İşlər Nazirliyinin tərcüməçilər bürosunda başlayıb. Elə birinci iş günündə Suxodrev ilk tapşırığını alıb. Digər bir həmkarı ilə o, tərcüməçi kimi Nikita Xruşşovun Hindistanın nümayəndə heyəti ilə qeyri-rəsmi görüşünə göndərilib.

Görüş zamanı Suxodrevin həmkarı “çətinliyə” düşəndə o, tərcümə missiyasını öz üzərinə götürüb.

40 dəqiqəlik görüşdən sonra həm Xruşşov, həm də nümayəndə heyətinin üzvləri ona minnətdarlıqlarını bildiriblər. Xruşşovun kiməsə təşəkkür etməsi nadir hal sayıldığından bu hadisə Suxodrevin karyerasında mühüm rol oynayıb.

Məhz bu görüşdən sonra Xruşşov tapşırıq verib ki, Suxodrevi başqa işlərə cəlb etməsinlər. Bununla da o, ilk iş günündən baş katibin şəxsi tərcüməçisi olub.

Qarşıda isə Suxodrevi dünyanın diqqət mərkəzində dayanan görüşlər gözləyib.

1959-cu ildə o, ilk dəfə xarici ezamiyyətə yollanıb, Xruşşovun ABŞ səfərində Suxodrev sovet liderini müşayiət edib.

Viktor Suxodrev həmin illərlə bağlı xatirələrini belə bölüşüb:

“İşlədiyim bütün siyasi liderlər bir-birindən fərqləniblər. Xruşşov isə tam fərqli idi. İndi onun haqqında çox şeylər danışırlar. Amma kim nə deyir, desin, o, şəxsiyyət idi. Düzdür, Xruşşov çox da savadlı deyildi, mədəniyyəti də lazımi səviyyəyə çatmırdı, amma o, gördüyünü deməyi bacarırdı. Ürəkli idi, fikrini ifadə etmək üçün söz axtarmırdı, düşündüyünü deyirdi, ABŞ rəsmilərini tənqid edirdi. Bir sözlə, Xruşşov publikanı özünə cəlb etməyi bacarırdı. Sözsüz ki, Xruşşovla işləmək çətin idi. Dəfələrlə məcbur olurdun ki, onun köntöy, kobud ifadələrini “yumşaldım” ki, qalmaqal və mübahisə yaranmasın. O özü də bunu bilirdi və görüşlərdən sonra deyirdi ki, tərcüməçidən çox şey asılıdır. Mənim işim onu qane edirdi...”

1964-cü ildə Xruşşovun devrilməsindən sonra Suxodrev ölkənin bir nömrəli tərcüməçisi postunu saxlaya bilib. Brejnev Suxodrevi vəsifəsindən uzaqlaşdırmayıb. Ümumiyyətlə, Suxodrev özünü şanslı adam sayıb.

Müəllifi olduğu “Mənim dilim, mənim dostum” kitabında o öz həyat uğurları haqqında yazıb:

“Hakimiyyət dəyişirdi, amma mən öz yerimdə qalırdım. Yəqin ki, bunun əsas səbəblərindən biri mənim susmaq bacarığım idi. Mən xarici səfərlərdə, təkbətək görüşlərdə gördüklərimi, eşitdiklərimi heç yerdə danışmırdım. Məndən söz almaq istəyən yüksək çinli məmurlara belə qapalı idim.

İkinci bir səbəb isə tərcüməçi peşəkarlığım idi. Bunlarla yanaşı, harada, kimlə, necə davranmağım birinciləri qane edirdi. Mən qatı tütün alidəçisiyəm. Buna baxmayaraq, Xruşşovun yanında heç vaxt siqaret çəkmirdim. Çünki o, siqaret çəkən deyildi. Buna görə də mən də dözürdüm. Brejnevlə isə münasibət fərqli idi. Mən hətta Kremldə onun kabinetində də siqaret çəkirdim. Brejnev hədsiz dərəcədə çox siqaret çəkirdi. Onun üçün DTK xüsusi siqaret qabı düzəltdirmişdi. Həmin qab yalnız bir saatdan bir açılırdı. Baş katib bu vaxta tab gətirməyəndə məndən siqaret istəyirdi. Həkimlər siqareti ona tam qadağan edəndə o, başqa bir üsul tapmışdı.

Bir dəfə Moskvadan Fransaya səfərə yollananda Brejnev aeroporta qədər məni də öz maşınına dəvət etdi. Sürücünün yanında mühafizəçi əyləşməşdi, arxada isə biz ikimiz. Şoseyə çıxanda Brejnev maşını saxlamağa göstəriş verdi. Sürücüyə bütün şüşələri qaldırmağı əmr etdi və sonra dedi ki, hamınız siqaretlərinizi yandırın. Təsəvvür edin ki, mən, mühafizəçi və sürücü eyni vaxtda siqaretlərimizi yandırdıq və tüstünü salona buraxdıq. Brejnevin bu tüstüdən necə zövq aldığını sözlə ifadə etmək çətindir. Brejnev rahat adam idi, onunla işləmək də asan idi. İşlədiyim siyasi liderlərdən yalnız bir dəfə Brejnev mənə hədiyyə etmişdi. “Omeqa” firmasına məxsus qızıl saatı mənə hədiyyə edəndə, “Viktor, bu saat məndən sənə hədiyyə, sağlıqla işlət, götür və heç kimə demə”, demişdi...”

Viktor Suxodrev öz işinə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:300
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Aprel 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri