Icma.az
close
up
RU
XTQ 44 günlük müharibənin taleyini həll edən əsas güc olub RƏY

XTQ 44 günlük müharibənin taleyini həll edən əsas güc olub RƏY

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 Şuşa və Hadrut əməliyyatları dünya hərbi məktəblərində öyrənilir 

Aprelin 30-u Azərbaycan Silahlı Qüvvələrinin ən elit və yüksək hazırlıqlı bölmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılması günü kimi qeyd edilir. Bu il həmin əlamətdar tarixdən 27 il ötür.

Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə yaradılıb. Bölmənin formalaşdırılmasında Birinci Qarabağ müharibəsində iştirak etmiş peşəkar zabit və gizirlər mühüm rol oynayıb. XTQ vahid komandanlıq altında birləşdirilərək, xüsusilə Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq çərçivəsində inkişaf etdirilib.

Bu qüvvələrə qəbul ciddi seçim mərhələləri ilə həyata keçirilir. Namizədlər ağır fiziki və psixoloji sınaqlardan keçməli, müxtəlif ixtisaslar üzrə – əlbəyaxa döyüş, kəşfiyyat, düşmən arxasında fəaliyyət, sağ qalma, mühəndislik, atəş hazırlığı, desant, dalğıc və digər sahələrdə yüksək hazırlıq səviyyəsi nümayiş etdirməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xüsusi təyinatlı qüvvələrin inkişafına daim diqqət göstərir. Azərbaycan XTQ əməkdaşları beynəlxalq təlimlərdə fəal iştirak edir, ABŞ, Türkiyə və Pakistan kimi ölkələrdə keçirilən yarışlarda böyük uğurlar qazanırlar.

XTQ şəxsi heyəti müxtəlif döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib. Xüsusilə 2016-cı ilin Aprel döyüşləri zamanı onların fəaliyyəti gələcək qələbənin əsasını qoyan mühüm amillərdən biri kimi qiymətləndirilir. 

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a bildirib ki, 2012-ci ildən etibarən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Silahlı Qüvvələr qarşısında duran ən mürəkkəb və məsuliyyətli tapşırıqların icrasında ön sırada yer alıb, bir sıra məxfi və strateji əməliyyatları uğurla həyata keçirib. Xüsusilə 2016-cı ilin aprel döyüşləri zamanı xüsusi təyinatlılarımız öz yüksək hazırlıq səviyyəsini və döyüş qabiliyyətini nümayiş etdirərək düşmənə ciddi zərbə vurub:

“Artıq 27 illik inkişaf yolu keçən Xüsusi Təyinatlı Qüvvələr 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsinin qazanılmasında həlledici rol oynayıb. Müharibə dövründə həyata keçirilən ən mühüm və genişmiqyaslı əməliyyatlarda Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın azad olunmasında, həmçinin Qubadlı və Laçın istiqamətlərində xüsusi təyinatlılarımız misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdiriblər. Xüsusi Təyinatlı Qüvvələr bizim görən gözümüz, vuran qolumuzdur. Bu gün onların həyata keçirdiyi əməliyyatlar dünyanın bir çox ölkələrinin hərbi dairələri tərəfindən diqqətlə öyrənilir. Xüsusilə Şuşa və Hadrut əməliyyatları çətin relyefdə, ağır texnika və artilleriya ilə qorunan mövqelərin yüngül silahlı bölmələr tərəfindən azad edilməsi inkişaf etmiş ölkələrin hərbi məktəblərində təhlil olunur və təcrübə kimi araşdırılır”.

Ə. Verdiyev vurğulayıb ki, XTQ-nin kiçik tərkibli bölmələri belə geniş ərazilərdə yüksək riskli tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Bu isə onların çevikliyini, taktiki üstünlüyünü və peşəkarlığını bir daha təsdiqləyir:

“Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar çərçivəsində XTQ-nin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Silahlı qüvvələrin şəxsi heyətinin və texniki imkanlarının artırılması ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr üçün kadr bazası rolunu oynayan “Komando” birlikləri yaradılıb və hazırda onların sayı və imkanları genişləndirilir. XTQ-nin say tərkibi, təchizatı və təminatı məsələləri hər zaman prioritet olaraq qalacaq, onların döyüş qabiliyyətinin daha da artırılması üçün bütün zəruri addımlar atılacaq. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri artıq regionda yalnız “oyun qaydalarını dəyişən” deyil, eyni zamanda bu qaydaları diktə edən gücə çevrilib. Hətta ən kiçik XTQ qrupu belə döyüşün taleyini dəyişmək potensialına malikdir. Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 27-ci ildönümü münasibətilə bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla yad edirik. Onların qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Qazilərimizə və veteranlarımıza möhkəm can sağlığı arzulayırıq. Hazırda xidmət edən xüsusi təyinatlı hərbçilərimizi ürəkdən təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq. Onların gücü və peşəkarlığı Azərbaycanın təhlükəsizliyinin əsas dayaqlarındandır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri