Xudatda 1 ildir qaz xətləri çəkilib, amma sakinlərə qaz verilmir
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
130 yaşayış evinin olduğu Xudatın 4-cü şöbəsinin sakinləri mavi yanacaq üzünə həsrətdirlər.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, indi əraziyə qaz xətti çəkilsə də, ortaya başqa bir problem çıxıb.
Sakinlərin sözlərinə görə, qaz xətləri bir il öncə çəkilib. Ancaq 4-cü şöbə sakinlərinin çıxarışları olmadığı üçün sayğac almaqda çətinlik çəkirlər. Çünki evlərin sənədləri yoxdur. Yeni qaydalara əsasən artıq fərdi yaşayış evlərinə hər hansı sayğacın quraşdırılması üçün rəsmi sənədlərin olması vacibdir.
Sakinlərin iddiasına görə, podratçı şirkət 24 şəxsdən pul yığıb.
Ancaq yarımçıq qalan işlər başa çatdırılmayıb.
"Azəriqaz" İstehsalat Birliyindən isə "Xəzər Xəbər"ə bildirilib ki, məsələdən agahdırlar.
Belə olan halda vətəndaşlar əvvəlcə mənzillərinə çıxarış alıb sonra "Azəriqaz"a müraciət etməlidirlər.
Ətraflı süjetdə:
Xudatda 1 ildir qaz xətləri çəkilib, amma sakinlərə qaz verilmir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 08 Dekabr 2024 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















