Icma.az
close
up
RU
Xurafatlar virus kimidir

Xurafatlar virus kimidir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"Ənənəvi dinlə bərabər ənənəvi xurafatlar da yaşayır. Xurafatlar dini öz içində elə əridib ki, böyük əksəriyyət məhz onu din hesab edib inanır, hətta əməl də edir".
Newscenter.az xəbər verir ki, bunları dinşünas alim Tural İrfan deyib. O bildirib ki, xurafatlar virus kimidir:
"Dini öz içindən məhv edir. Elə İslamın meydana çıxma səbəbi də əvvəlki inancların xurafat sayəsində təhrif olunması idi. Təsəvvür edin ki, xurafat uzun əsrlik kök salmış bütöv bir dini sistemi məhv edib əsas mahiyyətini dəyişə bilir.
Ən dəhşətlisi də odur ki, hazırda xurafatçılığın din kimi təqdim olunmasına böyük səy göstərənlər var. Xarici dairələr niyə dinin deyil də xurafatın yayılmasında maraqlıdırlar? Çünki xurafatda fanatizm, oxumaq - araşdırmaq əvəzinə sadəcə kor-koranə inanmaq var. Xurafatda təqlidçilik, inadkarlıq, ekstremizm, istənilən istiqamətə yön vermək xüsusiyyətləri var. Xarici maraqları din yox, din adı sırınmış xurafat və mövhumat altında daha asan yeritmək olur. Həm də dində gərək ən azı Quranı oxuyasan, namazı, ibadətləri biləsən, əmrlərə, qaydalara riayət edəsən. Bu prinsiplərin əksəriyyəti də digər firqələrlə eynidir. Ona görə çox da dərinə getməmiş adam üçün din vasitəsi ilə bölücülük, təfriqə, nifaq, ədavət yaratmaq o qədər də asan deyil. Lakin xurafatın adını din, tarixi hadisələrin adını məzhəb, mövhumatın adını "eşq" qoyub meydana girəndə bircə şey lazım olur qara paltarı geyib kütləyə qoşulmaq. Bu zaman nə namaz, nə elm, nə kəlimeyi - şəhadətə ehtiyac qalmır. Bu kütləyə qoşulanlar da, arxasında çoxluq arzulayan ruhanilər tərəfindən təqdir olunanda ləzzət alır, daha emosional şəkildə rol alırlar. Çünki dində məsuliyyət, mükəlləfiyyət, sərhədlər var. İbadət, əxlaq, ictimai davranış qaydaları, elm öyrənmə, Quranı oxuma və əməl etmə yükü var. Lakin xurafat səni bütün bu yükdən azad edir. Ömrü boyu bu şeylərdən uzaq ol, ömründə bircə dəfə istismarçı fedoal molalaırın tələsinə düş, kütləyə qoşulub dövrə vur, yallı get, sinənə vur, kifayətdir. Artıq sənin dərəcən "aşiqlik" dərəcəsidir ki, heç bir elm oxuyan, ibadət edən o "ali zirvəyə" daha doğrusu "məqama" qalxa bilməz".
Yural İrfan qeyd edib ki, hibrid savaş açan xarici qüvvələr xurafat aşiqlərini daha asan istifadə edə bilər:
"Xurafat bir qaranlıq, din isə nurdur. Düşmənə nur lazım deyil. Çünki məqsədini icra edərkən başqalarını tanıtmaq, aldatmaq, gözə görünməmək üçün məhz zülmət lazımdır. Xurafat və mövhumatın din pərdəsi altında təbliğatı Əfqanıstan, İran deməkdir. Əfqanıstanda artıq ərin arvadını həbs edib döymək "hüququ" bərpa edildi. Din adı ilə vüsət alan xurafatın çevrəsi bir qədər də böyüsə belə "hüquqların" tanınmasını tələb edən səsləri biz də eşidə bilərik".
Tural İfran onu da deyib ki, mövhumat gizli, xurafat isə açıq xəstəlik kimidir:
"Biri içəridən, biri həm içəridən həm də çöldən, hərtərəfli məhv edir hədəfi. Din, inanc azadlığı var, bu lazımdır. Bəs mövhumat və xurafat azadlığı necə? Bunun sərhədləri, doğurduğu təhdidlər, dünyəviliyə, sivil cəmiyyətə verdiyi zərər necə ölçülür? Dinin xurafatdan ayrılması üçün hansı meyarlar var? Yoxsa elə xurafatı, mövhumatı da din hesab edib, adını azadlıq, tolerantlıq qoyub başını buraxmışıq? Bu cür olarmı?
Həm peyvənd həm də virusun yayılmasına zəmin yaratmaq nə dərəcədə uyğun və uğurlu sayıla bilər?".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Avqust 2026 04:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri