Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Xurşidbanu Natəvan şeirləri: Sevgi, həsrət və kədər...

Xurşidbanu Natəvan şeirləri: Sevgi, həsrət və kədər...

Icma.az, Azertag saytına istinadən bildirir.

AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan silsilə yazıları davam etdirir

Bakı, 16 sentyabr, AZƏRTAC

İncə mətləbləri, dəruni hissələri qüvvətli lirika, poetik coşğunluqla cana gətirmək, şeirdə ifadə yığcamlığı, fikir əlvanlığı və məna dərinliyi yaratmaq Xurşidbanu Natəvan sənətkarlığının başlıca səciyyəsini təyin edir. Onun sənətkarlığı hər şeydən əvvəl, şairin qələmə aldığı mövzunun gözəlliyindən, təsvir və tərənnüm etdiyi varlığın, hadisələrin, vəziyyətin həyat həqiqətlərinə uyğun gəlməsində özünü göstərir.

Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə “Ön söz” yazdığı “Xurşidbanu Natəvan” kitabında şairənin həyatı və yaradıcılığı ilə yanaşı, onun ayrı-ayrı şeirlərinin mövzu və ideya xüsusiyyətləri, poetik dünyası da geniş təhlil olunur. AZƏRTAC həmin məqamları oxuculara təqdim edir.

Xurşidbanu nə qədər dərindən sevirdisə, həyata da o qədər möhkəm bağlanırdı. "Nədir murad, fələk etməz imtahan tərkin" - misrası ilə başlanan qəzəldə qüvvətli lirika hakimdir. Şair hər şeyini verməyə, cahanı tərk etməyə razıdır, təki onu ürəkdən sevdiyi cavandan ayırmasınlar:

Cahanı tərk edirəm, cümlə dövlətü malın,

Mahaldır eləmək boylə nocavan tərkin.

Şeirdə şairi narahat edən, düşündürən məsələləri öyrənmək, onun düçar olduğu "dərdlərlə" tanış olmaqla bərabər, həm də bu keyfiyyətlərin necə sənətkarlıqla, həssaslıqla təcəssüm etdirildiyinə heyran qalırsan:

Fəraqə düşmüşəm, olmuş müdam işim əfqan,

Məgər gül olmasa, bülbül edər əfqan tərkin?

Bu parçada soyuq, etinasız söylənən bir kəlmə belə yoxdur. Yerinə görə seçilmiş hər bir söz, ifadə və eyham öz emosionallığı ilə diqqəti cəlb edir. Əgər şairin keçirdiyi hisslər, rəsmə aldığı lirik lövhələr oxucunu dərindən düşündürüb həyəcanlandırırsa, bu, sənətkarın qəlbindən axıb gələn duyğuların səmimiliyinə dəlalət edir. Xurşidbanu həyatdan aldığı təəssürata, gözəllikdən duyduğu zövqə nə qədər həssasdırsa, təsvir etdiyi obyekti, əşyanı da bir o qədər sevir:

Gül üzün görmək əgər mümkün olaydı bir dəm,

Hər zaman görmək onu nuri-mücəlla gətirir.

Burada obyektin canlı və cazibədar çıxmasının bir sirri də şairin təbiət və insan gözəlliyinə vurğunluğudur. Natəvanın qəmli şeirlərində belə əsl insan kədəri real cizgilərlə təsvir olunur:

Kəsilmiş taqətü tabım, başımdan əql məhv olmuş,

Gözüm əşki rəvan zahir, könül daim nəhan ağlar.

Natəvanın qəzəllərində arzu olunan həyat, fikir və duyğular lirik qəhrəmanın dili ilə çatdırılır. Onun lirik qəhrəmanı hər cür əziyyətlərə qatlaşan, yüksək mənəvi keyfiyyətlərə malik vəfalı, mehriban bir aşiqdir. Bu aşiq həm ümumi cəhətləri, həm də fərdi xüsusiyyətləri ilə fərqlənir. O, incəlik, həssaslıq, dözümlülük kimi orijinal cizgiləri ilə seçilir:

Əgər ki, tiğ çəkib, öz əlinlə öldürsən,

Deyil mənə bu cəfa, bilməzəm cəfa, ey dust!

Xurşidbanunun lirik qəhrəmanı həm zahiri, həm də daxili əlamətləri ilə canlandırılır. Surətlərin qarşılıqlı rəftar və münasibətlərinin, aralarındakı təmiz məhəbbətdən törəyən, qayğı və kədərin əlvan boyalarla verilməsi daim diqqət mərkəzindədir:

Bahari-hüsnün əra gör necə xəzanam mən,

Bahar laləsi tək, bağrım oldu qan, ölürəm.

Vərəq-vərəq dilü can hicrin içrə odlandı,

Misali-gəncəfə sədparə oldu can, ölürəm.

O xaki-payini mən aşiyanə etmiş idim,

Vətəndən ayrı düşüb, indi laməkan ölürəm.

Natəvan əsərlərinin hamısını əruz vəznində yaratmış, onun rəməl, həcəz, münsərih, müctəs, müzare və xəfif bəhrələrinə daha artıq müraciət etmişdir. Şair şadlıq, sevinc əhval-ruhiyyəsi daşıyan qəzəllərinə mümkün qədər ahəngdar, oynaq vəzn seçməyə çalışmış, hüzn, kədər və qüssə ifadə edən şeirlərinə isə təmkinli, ağır, ahəstə bəhrələr tapıb.

Beləliklə, Natəvan həyatdan aldığı təəssüratı, gözəllikdən duyduğu feyzi, məhəbbət yolunda çəkdiyi məşəqqətləri yüksək bədii-estetik səviyyəyə qaldırmaq üçün söz sənətinin qüdrətindən bacarıqla istifadə edərək klassik nümunələr yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri