Xurşidbanu Natəvan təqaüd proqramı üzrə müsabiqə qalibləri mükafatlandırılıb
Icma.az bildirir, 525.az portalına istinadən.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən noyabrın 28-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün təsis edilən "Xurşidbanu Natəvan" təqaüd proqramı üzrə müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
525.az-a bu barədə Komitədən məlumat verilib.
Mərasimdə Aİİ rektoru, dosent Aqil Şirinov çıxış edərək "Xurşidbanu Natəvan" təqaüd proqramı haqqında məlumat verib. A.Şirinov Xurşidbanu Natəvanın Azərbaycan tarixindəki rolundan bəhs edib, nümunəvi insan və ziyalı kimi ölkə üçün böyük şəxsiyyət olduğunu bildirib. Rektor qeyd edib ki, Fond tərəfindən ali təhsil müəssisəsində tələbələrin akademik inkişafına, eləcə də şəxsi motivasiyasına əhəmiyyətli təsir göstərən müxtəlif adlı təqaüd proqramları həyata keçirilir.
A.Şirinov tanınmış şəxsiyyətin adını daşıyan "Xurşidbanu Natəvan" təqaüdünün tələbələrdə milli-mədəni irsə bağlılıq hissinin gücləndirilməsi istiqamətində aparılan maarifləndirilmə prosesində mühüm rol oynacağına ümidvar olduğunu deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin 30, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünün tamam olduğunu xatırladaraq, hər bir vətəndaşın Azərbaycanın milli kimliyini qoruyub gələcək nəsillərə çatdırmağa məsuliyyət daşıdığını vurğulayıb.
R.Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi xilas etməklə Azərbaycanı real təhlükələrdən qorudu, eyni zamanda gələcək inkişaf strategiyasını müəyyənləşdirdi: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tamamilə işğaldan azad edilməsi milli kimliyimizi nümayiş etdirən mühüm tarixi hadisədir. İxtisasından, təhsilindən, peşəsindən asılı olmayaraq, dövlətimizin güclənməsinə çalışmaq hər bir vətəndaşın ümdə vəzifəsidir".
Komitə sədri deyib ki, təqaüd proqramlarına Azərbaycanın görkəmli ilahiyyatçılarının və mütəfəkkirlərinin adlarının verilməsi təsadüfi deyil, bu şəxsiyyətlər dini-mədəni kimliyin formalaşmasında müstəsna rol oynayıblar. O, təqaüdə layiq görülən gəncləri təbrik edərək, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov bildirib ki, Fond tərəfindən İlahiyyat İnstitutunda dörd xüsusi təqaüd proqramı (Seyid Yəhya Bakuvi, Şeyxülislam Məhəmməd İrəvani, Həmzə Nigari və Xurşidbanu Natəvan) təsis olunub. Bu təşəbbüs yalnız təqaüd proqramları deyil, həm də ilahiyyatçı gənclərin inkişafına, onların ictimai fəallığının artmasına, mənəvi dəyərlərin daha dərindən mənimsənilməsinə xidmət edən layihələrdir. V.Göyüşov qeyd edib ki, cəmiyyətimiz mənəvi və sosial baxımdan gücləndikcə qadınların da bu inkişafda aparıcı mövqedə olması tamamilə təbiidir. O bildirib ki, bu gənclərin maarifçilik xəttini daha geniş şəkildə davam etdirə bilərlər.
Qeyd edək ki, müsabiqəyə əvvəlcədən elan olunmuş "Milli-mənəvi dəyərlər", "Vətənpərvərlik", "Erkən nikah", "Təhsildənyayınma", "Ailədə zorakılıq", "Zərərli vərdişlər" və "Ekoloji məsuliyyət" mövzularına uyğun olaraq, Aİİ və Bakı İlahiyyat Kollecində təhsil alan hər birində 3 xanım tələbə olmaqla, 15 komanda qoşulub. Komandaların təqdim etdiyi materiallar 1-10 ballıq sistemlə qiymətləndirilib və qaliblər müəyyən olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 28 Noyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















