Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025 ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirə iştirakçıları tərəfindən XRİTDX-nin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi böyük ehtiramla anılıb. Həmçinin, iştirakçılar tərəfindən müşavirənin başlanğıcında Ümummilli lider Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
XRİTDX-dən AZƏRTAC-a bildirilib ki, müşavirədə informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, xüsusi və dövlət rabitəsi üzrə görülən işlər, həyata keçirilən layihələr, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.
Tədbiri giriş nitqi ilə açan XRİTDX-nin rəisi, general-leytenant İlqar Musayev qeyd edib ki, hesabat dövründə ölkədə informasiya təhlükəsizliyi mühitinin gücləndirilməsi, dövlət informasiya ehtiyatlarının qorunması, kritik informasiya infrastrukturlarının dayanıqlığının artırılması ilə yanaşı, xüsusi dövlət rabitə sistemlərinin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən informasiya təhlükəsizliyi sahəsinə göstərilən diqqət və dəstək nəticəsində XRİTDX-nin institusional və texnoloji imkanları genişlənib, müasir rabitə infrastrukturu daha da gücləndirilib və beynəlxalq əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.
İlqar Musayev çıxışında bildirib ki, hesabat dövründə dövlət informasiya resurslarının və istifadəçi mühitinin qorunması istiqamətində tətbiq edilən texnoloji həllər real nəticələrlə müşayiət olunub. O qeyd edib ki, “AzStateNet” şəbəkəsi üzrə istismara verilmiş yeni nəsil mühafizə avadanlığı vasitəsilə 450 milyona qədər zərərli keçid bloklanıb, o cümlədən onların 96 mini “Sandbox” mühafizə sistemi tərəfindən zərərverici tərkibli sənədlər kimi aşkarlanaraq zərərsizləşdirilib.
Xidmət rəisi müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki, dövlət qurumlarının son istifadəçilərinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət tərəfindən 93 dövlət qurumunu əhatə edən, ümumilikdə 55 min istifadəçi üçün mərkəzləşdirilmiş antivirus lisenziyası təqdim edilib. Həmin sistem vasitəsilə 2025-ci il ərzində 6 milyon 205 min 200 zərərli aktivliyin qarşısı alınıb ki, bu da ötən illə müqayisədə təxminən 50,8 faiz azalma deməkdir.
İlqar Musayev əlavə edib ki, xidmət tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidməti üzrə 2025-ci il ərzində 17 milyondan artıq elektron məktub emal edilib, onların 12 milyonu istifadəçilərə çatdırılıb, 5 milyondan artıq məktub isə zərərli tərkibli olması səbəbindən bloklanıb. Bu göstəricinin 2024-cü illə müqayisədə təxminən 38,5 faiz artım təşkil etdiyi vurğulanıb.
Bununla yanaşı, müşavirədə xüsusi rabitə infrastrukturunun modernləşdirilməsi, dövlət orqanları arasında mühafizə olunan rabitə kanallarının etibarlılığının artırılması, məlumat ötürülməsi proseslərinin təhlükəsizliyinin təmin edilməsi və rabitə sistemlərinin ehtiyatlılıq və davamlılıq mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm layihələr müzakirə olunub.
Hesabat dövründə kadr hazırlığı və bilik mübadiləsi istiqamətində mühüm nəticələrin əldə olunması qeyd edilib. Müşavirədə XRİTDX-nin təşəbbüsü ilə ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, praktik yönümlü təlim və laborator mühitlərinin yaradılması istiqamətində konkret tapşırıqlar verilib. Müşavirə zamanı xidmətin struktur bölmələri üzrə məsul şəxslərin hesabatları dinlənilib, görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat verilib, mövcud vəziyyət təhlil edilərək qarşıda duran vəzifələr müəyyən edilib. Müşavirəyə yekun vuran xidmət rəisi general-leytenant İlqar Musayev cari ildə qarşıda duran vəzifələrin icrası, xüsusi rabitə infrastrukturunun daha da gücləndirilməsi, texnoloji imkanların artırılması, insan resurslarının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 Fevral 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















