Icma.az
close
up
RU
Xüsusi tərəqqi modeli...

Xüsusi tərəqqi modeli...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Regionların inkişafında yeni səhifə

Prezident İlham Əliyevin respublikanın müxtəlif bölgələrinə səfərləri bir qayda olaraq mühüm yeniliklər, açılışlar və həmin bölgələrin inkişafına daha yüksək sürət verən amillərlə yadda qalır. Dövlətimizin başçısı hər səfər çərçivəsində yeni istehsal müəssisələrinin, iqtisadi və sosial təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərinə qatılaraq regionların inkişafı strategiyasına yeni bir səhifə qazandırır. Bu cəhətdən Prezident İlham Əliyevin regionlara son səfəri də istisnalıq təşkil etməyib. Belə ki, bəhs olunan səfər çərçivəsində dövlətimizin başçısı Yevlaxda, Goranboyda və Mingəçevirdə bir sıra mühüm tədbirlərə qatılıb.

Regional inkişaf proqramlarının uğurlu icrası

Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsləri və səyləri sayəsində dünyaya xüsusi bir inkişaf modeli təqdim edir. Bu modelin əsas özəlliyi və üstünlüyü ölkənin bütün bölgələrinin tarazlı şəkildə inkişaf etdirilməsi ilə bağlıdır. Regional inkişafa dair təşəbbüsün özəl tarixi var.  2003-cü ildə ilk dəfə prezident seçkiləri marafonuna qatılan İlham Əliyev bəyan etdi ki, dövlət başçısı seçiləcəyi təqdirdə Azərbaycanın regionlarının hərtərəfli inkişafına nail olacaq. Son 20 ildən artıq müddətdə Prezident İlham Əliyev bu vədinə yüksək səviyyədə əməl edib. Respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olunub və beləliklə də uğurlu bir ənənənin əsası qoyulub.

Ölkənin bütün regionlarının hərtərəfli inkişafını hədəfləyən müvafiq Dövlət proqramları dərindən əsaslandırılmış konseptual sənədlər olmaqla yanaşı, həm də geniş praktiki məzmuna malikdirlər. Onlar hazırlanarkən dünyadakı qabaqcıl təcrübə və müasir çağırışlar nəzərə alınıb. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan müasir dövlət kimi inkişaf etməlidir, dünyadakı ən qabaqcıl nümunələr respublikamızda tətbiq olunmalıdır. Eyni zamanda, regional inkişaf proqramları hazırlanarkən bölgələrin ənənələri, əmək ehtiyatları, insanların arzu və istəkləri nəzərə alınıb. Bütün bunlar da sözügedən Dövlət proqramlarının işlək olmasını təmin edir.

Uğurları şərtləndirən digər bir mühüm amil isə ölkə üzrə sosial-iqtisadi inkişaf proseslərinə şəxsən Prezident İlham Əliyevin Özünün nəzarət etməsidir. Dövlət başçımız inkişaf hədəfləri ilə bağlı mütəmadi qaydada təşəbbüslər irəli sürür, eyni zamanda nəzərdə tutulan layihələrin icrasına da bilavasitə nəzarət edir. Prezident İlham Əliyev ölkənin regionlarına, o cümlədən də Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə səfər edən zaman yerli sakinlərlə görüşür, sıx təmaslar qurulur, vətəndaşlar yeni sosial sifarişlər səsləndirirlər və bunlar Prezident İlham Əliyev tərəfindən mütləq dinlənilərək nəzərə alınır.

Nümunəvi aqrar təsərrüfatlar

Statistik məlumatlara görə, Azərbaycan əhalisinin təxminən yarısı bölgələrdə yaşayır. Bu baxımdan regionlarda əmək bazarının inkişafı, məşğulluğun təmin olunması müstəsna önəm daşıyır. O cümlədən regionlarda ənənələrə uyğun təsərrüfat sahələri canlandırılıb, kənd təsərrüfatının pambıqçılıq, baramaçılıq, tütünçülük kimi əmək tutumu böyük, gəlir imkanları daha çox olan istiqamətləri inkişaf etdirilib. Bütün ölkə üzrə aqrar sektorun yeni yanaşmalar və innovasiyaların tətbiqi yolu ilə inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Qeyd edək ki, bəhs olunan dövrdə respublika üzrə 51 aqropark yaradılıb.

Ölkəmizdə indiyədək yaradılan aqroparkların sırasına daha bir nümunəvi təsərrüfat əlavə olunub. Prezident İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib. Ümumi sahəsi 2.807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların daxili bazarla yanaşı, ixracı da nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb. Prezident İlham Əliyevə aqroparkın ərazisində yerləşən “Azerbaijan company for poultry development” MMC-nin və “İSFA” MMC-nin fəaliyyətləri barədə də məlumat verilib.

Səfər çərçivəsində dövlətimizin başçısı Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib. Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur.

Müasir infrastruktur quruculuğu

Müasir infrastruktur quruculuğu Azərbaycanın regional inkişaf strategiyasının mühüm istiqamətini təşkil edir. Son 20 ildən artıq müddətdə Prezident İlham Əliyev bütün ölkə üzrə müxtəlif infrastruktur layihələrinin icrası ilə bağlı çoxlu sayda fərman və sərəncamlar imzalayıb. Həmin layihələrin icrası sayəsində bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Dövlətimizin başçısı regionlara son səfəri çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub. Magistral yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin magistral yola avtomobillərin ikiistiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir.

Son illərdə ölkə üzrə reallaşdırlan infrastruktur layihələrinin böyük bir qismi sosial təyinatıdır. Dövlətimizin başçısı regionlara bu günlərdə baş tutan səfəri çərçivəsində daha bir sosial təyinatlı infrastruktur obyektinin - Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib. Bu layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 70 min sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən Yevlax şəhərində məhsuldarlığı 20 min kubmetr olan içməli sutəmizləyici qurğu, 139 kilometr içməli su şəbəkəsi, 13 minə yaxın abonent birləşməsi, 115 kilometr tullantı su şəbəkəsi və 5 nasos stansiyasının tikintisi planlaşdırılır.  Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12 min 500 kubmetr olan təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.

Səfər çərçivəsində Prezident İlham Əliyev həmçinin Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub. Bu kompleks Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində inşa olunur. Tikintisinə 2024-cü ilin yanvarında başlanılan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyun 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1541

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see238

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see228

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see224

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see216

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see215

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see207

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see207

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see203

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see189

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see185

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see179

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see178

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see175

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see170

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see167

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see167

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see164

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see162

İkinci qəbul imtahanı asan olmayacaq AÇIQLAMA

27 İyun 2026 17:23see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri