Icma.az
close
up
RU
Xüsusi Təyinatlı Qüvvələr: düşmənlərə aydın mesaj verildi

Xüsusi Təyinatlı Qüvvələr: düşmənlərə aydın mesaj verildi

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi gücünü və strateji hazırlığını dünyaya göstərdi. Müharibə zamanı xüsusi təyinatlı qüvvələr yalnız üzərinə düşən vəzifəni yerinə yetirməmiş, həm də döyüşün taleyinə birbaşa təsir göstərmişdir. Ermənistan ordusu Azərbaycan ordusunun real gücünü və taktikasını düzgün hesablaya bilməmiş, xüsusi təyinatlılar gözlənilməz manevrlərlə döyüşün gedişatını dəyişmişdir.

Müharibədən sonra orduda aparılan islahatlar taktiki və strateji imkanları gücləndirmiş, həm güclü tərəfləri möhkəmləndirmiş, həm də zəif yerləri yeniləmişdir. Aviasiya, artilleriya, raket sistemləri və pilotsuz uçuş aparatları kimi texnika modernləşdirilərək ordunun döyüş qabiliyyəti yüksəldilmiş, yeni silah və təyyarələrin alınması planlaşdırılmışdır.

5 illik Zəfər paradı isə yalnız qələbəmizin təntənəsi deyil, həm də ordumuzun gücünün və modernləşməsinin nümayişi idi. Parad vasitəsilə xalqımız şəhidlərə və qazilərə yüksək ehtiramını bildirmiş, ordumuzun taktiki və strateji imkanları xalqa və regiondakı maraqlı tərəflərə nümayiş etdirilmişdir.

“Xalq Cəbhəsi” mövzunu hərbi ekspertlərlə müzakirə edib.

Zəfərin sirri...

Hərbi ekspert Səxavət Məmməd “Xalq Cəbhəsi”nə bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın xüsusi təyinatlı qüvvələri yalnız üzərinə düşən vəzifəni yerinə yetirmədi, eyni zamanda döyüşün taleyinə ciddi təsir göstərdi. Onun sözlərinə görə, müharibədə qələbənin əldə olunmasında XTQ-nun fəaliyyəti danılmazdır:
“Müharibə zamanı xüsusi təyinatlı qüvvələrin sayı təxminən 2 min civarında olsa da, müharibədən dərhal sonra qərar verildi ki, bu bölmələrin sayı artırılsın. Çünki ən yaxşı və effektiv bölmələrin sayının artırılması ordunun döyüş qabiliyyətini yüksəldir. Eyni zamanda hərbi dəniz qüvvələri, sərhəd qoşunları, daxili qoşunlar və xüsusi kəşfiyyat xidmətlərinin xüsusi təyinatlıları da müharibə zamanı mükəmməl döyüş nümayiş etdirdi. Ona görə də onların sayı iki dəfə artırıldı. 44 günlük müharibədə Ermənistan ordusu Azərbaycan ordusunun real gücünü və taktikasını düzgün hesablaya bilməmişdi, çünki xüsusi təyinatlı qüvvələr onların gözləmədiyi manevrləri yerinə yetirdi. Bu, döyüşün taleyinə birbaşa təsir göstərdi. Müharibədən sonra Azərbaycan həm güclü tərəflərini möhkəmləndirib, həm də zəif yerləri yeniləyib.
Aviasiya tapşırıqları dəqiq yerinə yetirilsə də, bəzi döyüş təyyarələri müasir tələblərə cavab vermirdi. Buna görə yeni F-17-lər alındı, Çindən J-10-ların alınması və Rusiyadan Su-35-lərin alınması ilə bağlı planlar var. Paradlar isə təkcə güc nümayişi deyil, regiondakı maraqlı aktorlara mesajdır — Azərbaycan heç təslim olmayacaq. Yeni silah və texnika müqavilələri ilə ordunun döyüş qabiliyyəti daha da artırılacaq”.

Səxavət Məmmədov əlavə edib ki, müharibədən sonra aparılan islahatlar Azərbaycan ordusunu həm taktiki, həm də strateji baxımdan daha güclü və dayanıqlı edib, ölkəmizin regiondakı mövqeyini möhkəmləndirir.

Qələbənin təntənəsi

Hərbi ekspert Şair Ramaldanov qeyd edib ki, Azərbaycanın keçirdiyi parad ölkəmizin tarixi qələbəsinin təntənəsi idi. Bu parad vasitəsilə bizə qələbəyə gətirən şəhidlərimizi, qazilərimizi və müharibə iştirakçılarını yüksək ehtiramla yad etdik və onlara minnətdarlığımızı məhz belə təntənəli formada ifadə etdik: “Paradın nümayişi yalnız mənəvi əhəmiyyət daşımır, həm də ordumuzun gücünü və modernləşməsini göstərir. Paradda nümayiş olunan yeni texnika, silah və avadanlıq ordumuzun modernləşməsi və döyüş qabiliyyətinin yüksəldilməsi prosesinin bariz göstəricisidir. Paradın iki əsas məqsədi var: birincisi, xalqa və dost ölkələrə Azərbaycanın inkişafını və ordusunun gücünü nümayiş etdirmək, ikincisi isə düşmənlərə aydın mesaj verməkdir ki, əgər kimsə Azərbaycana yad gözlə baxarsa, qarşısında güclü qüvvə görəcək.

44 günlük Vətən müharibəsi ordumuzun güclü və zəif tərəflərini ortaya çıxardı. Müharibədən sonra rəsmi Bakı zəruri tədbirlər götrdü. Aviasiya tapşırıqları dəqiq yerinə yetirildi, lakin bəzi döyüş təyyarələri müasir tələblərə cavab vermirdi. Buna görə yeni müasir təyyarələr alındı, eləcə də artilleriya, raket sistemləri, pilotsuz uçuş aparatları və digər texnika modernləşdirildi. Bu, ordumuzun həm taktiki, həm də strateji imkanlarını gücləndirdi”.

Hərbi ekspert vurğulayıb ki, paradın nümayişi eyni zamanda ordunun islahatlarını və yeni silahlarla təmin olunmasını nümayiş etdirir: “Güclü ordu — güclü dövlət prinsipinə əsaslanaraq, Azərbaycan ordusu dövlətimizin suverenliyini, maraqlarını və ərazi bütövlüyünü qoruyan əsas dayağa çevrilib. Bu paradda nümayiş olunan bütün texnika və avadanlıq ordumuzun gücünü və modernliyini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz regionun ən güclü silahlı qüvvələri sırasında yerini möhkəmləndirib və 5 illik paradda bunun bariz nümunəsini gördük”.

Görünməyən güc

Hərbi ekspert İbrahim Rüstəmli əlavə edib ki, Azərbaycanın keçirdiyi hərbi parad xüsusi təyinatlı qüvvələrin rolunu bir daha göstərdi.

Onun fikrincə, paradda iştirak edən 4 mindən çox xüsusi təyinatlı ilk növbədə insan faktorunun — ordunun əsas dayağının — əhəmiyyətini üzə çıxardı: “Biz bu paradda xüsusi təyinatlıların bacarıqlarından maksimum faydalandıq; məhz onların yüksək peşəkarlığı və nizam-intizamı sayəsində qısa müddətdə az itki ilə böyük nəticələr əldə etdik. Xüsusi təyinatlılar ağır və keçilməz yolları, müxtəlif çətinlikləri dəf edərək qələbənin qazanılmasında müstəsna xidmət göstəriblər. Xüsusi təyinatlıların paradda daha çox görünməsi ordunun əsl gücünü və peşəkarlığını nümayiş etdirmək məqsədi daşıyır. Əlbəttə, qələbədə yalnız xüsusi təyinatlılar deyil, bütün silahlı qüvvələr — daxili qoşunlar, Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qüvvələri, hərbi dəniz xüsusi təyinatlıları və digər bölmələr də mühüm rol oynayıb. Lakin paradda xüsusi təyinatlıların geniş təmsil olunması tamamilə haqlı idi, çünki ən böyük yük onların üzərinə düşüb. Bu cür genişmiqyaslı hərbi nümayiş strateji əhəmiyyət daşıyır: “Paradın əsas məqsədi daxili auditoriya üçün ordunun rolunu, qələbənin mahiyyətini və əldə olunan nailiyyətləri göstərmək, xalqın özünə inamını artırmaqdır. Eyni zamanda gənclərdə hərbi-vətənpərvərlik hissini formalaşdırır. Nəzərə alaq ki, ordunun aparıcı qüvvəsi insan faktorudur — ən müasir texnika belə onu idarə edən insan vasitəsilə işləyir”.

Hərbi ekspert vurğulayıb ki, parad həm də strateji mesajdır: “Düşmən Azərbaycanı zəif görməməlidir. Prezidentin dediyi kimi, biz 21-ci, hətta 22-ci əsrin müharibələrinə hazır olmalıyıq. Paradda nümayiş olunan texnika və xüsusi təyinatlıların iştirakı ordunun hazır və dayanıqlı olduğunu göstərir, həmçinin Azərbaycanın regiondakı mövqeyini gücləndirir”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Noyabr 2025 01:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri