Icma.az
close
up
RU
Xüsusi təyinatlı şəhidimiz: Vətənə sevgi səngərdən başlayır ...

Xüsusi təyinatlı şəhidimiz: Vətənə sevgi səngərdən başlayır ...

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

22 iyul 1990-cı ildə Sumqayıtda anadan olur...

1997/2005-ci illərdə orta təhsilini Bakı şəhər Nəsimi rayonunun 159 saylı tam orta məktəbində alır...

2005/2008-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə; 2008/2013-cü illərdə ali hərbi təhsili AAHM-də alır...

2010/2013-cü illərdə Almaniya Federativ Respublikasının Ali Hərbi Məktəbində "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alır...

Azərbaycan Silahlı Qüvbələrində zabit kimi fəaliyyətinə Murovda başlayır...

Şəhid general-mayor Polad Həşimov onun komandiri olur...

Daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir...

XTQ sıralarında "Kapitan" rütbəsinə qədər yüksəlir...

Vətən Müharibəsində Murovdağın, Füzulinin və Hadrutun işğaldan azad olunması uğrunda xüsusi mərdlik və şücaətlə döyüşən, Hadrut uğrunda döyüşlərdə şəhidlik mərtəbəsinə yüksələn Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayev!

İgidimiz vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" medalı, həmçinin, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəman şəhidimizin anası Rəhilə Mustafayeva deyir ki, "Nurlan elə uşaqlıqdan çox vətənpərvər idi. Həmişə deyirdi ki, zabit olacam. Çox məsuliyyətli, bacarıqlı, savadlı idi. 4 xarici dil bilirdi. Ən böyük arzusu müharibənin başlanması və bu döyüşlərdə iştirak etmək idi. Torpaqların işğal altında qalmasından çox utanırdı. Almaniyada hərbi təhsil aldığı zaman hər həftə bir əcnəbi kursant öz ölkəsinin ordusunun təqdimatını edir. Növbə Nurlana çatır. Ermənilərin də olduğu zalda o, çox böyük qürurla iki saatlıq təqdimat edir. Birdən əcnəbi millətlərdən birinin nümayəndəsi ayağa qalxıb və deyib: "Sən bayaqdan torpaqlarının 20%-ni işğalda saxlayan ordunu tərifləyirdin?" Nurlan bu sözdən pərt olsa da, həmin hərbçinin cavabını verib. Amma bu hadisəni unuda bilmirdi. İşğalla barışa bilmirdi. Müharibəyə də həvəslə qatılmışdı. Bizimlə danışanda qətiyyən ruh düşkünlüyü hiss, etmədik onda. Əksinə, ruhu çox yüksək, qələbəyə inamı böyük idi. Əsgərlərinə qarşı çox qayğıkeş idi. Həmişə evə gələndə onlara isti corab, əlcək, şirniyyat almadan dönməzdi. Müharibədə də onların qeydinə qalırmış. Bunu onun döyüş yoldaşları dedi. "

Qeyd edim ki, 7 aylıq evli olan igidimiz ata olacağını biləndə çox sevinir, lakin övladının üzünü görmək ona qismət olmur...

" Vətənə sevgi səngərdən başlayır" deyən və elə səngərdə də Vətən üçün canından keçən igidim! Səni rəhmət, sevgi, qürurla anacağıq! Tək sen deyil, biz də millət olaraq 30 illik işğalın utancını yaşadıq. Və bu utanca son qoyan sən və qəhrəman silahdaşların oldu! Nə etsək də, nə desək də nə sənin, nə də qəhrəman şəhidlərimizin haqqını ödəyə bilmərik!

Qarşında baş əyirəm, qəhrəman qardaşım! Övladına və gələcək nəsilə əmanət buraxdığın bu Vətən bir daha belə bir utanc işğalla üz-üzə qalmayacaq sayənizdə! Sən isə Vətənin, millətin daş yaddaşına bir qəhrəman kimi həkk olundun, bu adla da yaşayacaqsan! Yaşadacağıq səni! Rəhmət və sevgi ilə qal qəhrəman şəhidim!

Sevinc Bəhmənli.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Noyabr 2025 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri