Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Xüsusi təyinatlıların əfsanəvi taborunun komandiri: Heç bir şəxsə get, şəhid ol əmri verilmir

Xüsusi təyinatlıların əfsanəvi taborunun komandiri: Heç bir şəxsə get, şəhid ol əmri verilmir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Silahlı qüvvələrdə xidmət edən hər bir gənc xüsusi təyinatlı olmaq arzusunda olur. Çünki XTQ elit qüvvədir. Onun mənsubu olmaq üçün böyük iradə, əzm və ən əsası - gerçək istək gərəkdir. Qarşına məqsəd qoymalısan və o məqsədə çatmağı özünə borc bilməlisən. XTQ mənsubunun bir çox xüsusiyyətləri var, onlardan ən böyüyü isə iradə və psixoloji hazırlıqdır. Bu iki hazırlıq olandan sonra digər hazırlıqları - istər fiziki, istər atəş, istər taktiki və s. paralel olaraq qazanmaq mümkündür".

Bunu Oxu.Az-a videomüsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan polkovnik-leytenantı Nizami Əliyev deyib:

Xüsusi təyinatlıların əfsanəvi taborunun komandiri: "Heç bir şəxsə "get, şəhid ol" əmri verilmir"

Videomüsahibədən bəzi hissələri təqdim edirik:

- 44 günlük Vətən müharibəsində Füzulidəki yarılmaz hesab olunan təmas xəttini yaran ilk taborun komandiri olmusunuz. Həmin günü necə xatırlayırsınız?

- Həmin günə biz uzun müddət idi ki, hazırlaşırdıq. Azərbaycan Ordusu, Azərbaycan xalqı 30 ildən artıq idi ki, həmin günün olacağına inanırdı. Biz də təlimlərimizlə, dərslərimizlə məhz o gün üçün hazırlaşırdıq. İlk gün fəxredici məqam idi. Çünki biz əmin idik ki, işğalda olan torpaqlarımızı yaxın bir vaxtda azad edəcəyik. Çətin günlər idi, çünki həmin günlərdə yoldaşlarımızı, dostlarımızı itirirdik, amma bilirdik ki, müharibədir və müharibədə hər şey ola bilər. Biz hər birimiz peşəkar hərbçi olduğumuz üçün bu çətinliklərin hamısını gözə almışdıq.

- XTQ mənsubu üçün Vətənə xidmət nə deməkdir?

- Bizim üçün ən böyük fəxr elə xüsusi təyinatlı olmaq, XTQ-nin sıralarında xidmət etməkdir. Çünki belə bir söz var, deyirlər ki, hər bir ananın oğlu əsgər ola bilər, amma hər ananın oğlu xüsusi təyinatlı ola bilməz. Bu qoşun növündə xidmət etmək üçün biz çox çətin yollardan keçirik. Ona görə də XTQ-də bir əsgər, gizir və ya zabit kimi xidmət etmək bizim üçün ən böyük fəxrdir.

- Bəs xüsusi təyinatlıların komandiri olmaq necə bir hissdir?

- Bu, ayrıca bir hiss, ayrıca fəxrdir. Çünki sən artıq peşəkar, özünü sübut etmiş hərbçilərlə xidmət edirsən və onların komandiri olursan. Sənin iş gördüyün insanların hamısı peşəkar, elit, savadlı, psixoloji cəhətdən, iradə baxımından güclü, seçilmiş şəxslərdir. Əlbəttə, onların komandiri olmaq heç də asan məsələ deyil. Çünki sən nəinki onlara nümunə olmalısan, həm də bir çox xüsusiyyətlərdə onlardan daha üstün olmalı və onlara yol göstərməlisən.

- Hazırda ehtiyatdasınız. Bu gün 44 günlük müharibə barədə düşünəndə, yaxud hansısa anları göz önünə gətirəndə bir komandir kimi elə bir an varmı ki, yadınızdan heç çıxmır?

- Əslində, tək müharibə yox, elə XTQ-də xidmətimiz dövründə bütün anlar gözümüzün qabağındadır və heç biri unudulmur. Düzdür, müharibə mərhələsi, müharibə dövrü bambaşqa bir dövrdür. Amma müharibədən əvvəl də biz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid vermişik, düşmənin diversiya əməliyyatlarının qarşısını almağa çalışmışıq. Yəni müharibə, əslində, bizim üçün axırıncı mərhələ olub. Müharibənin də hər bir anı bizim yaddaşımızdadır. Çünki orada bir çox hadisələr baş verib, çox ağır, bizdə iz buraxan hadisələr baş verib. Bütün bunlarla yanaşı, təbii ki, çox gözəl xatirələrimiz var, hansı ki, ən çətin vəzifələrin öhdəsindən gəlmişik. Biz birlik və bərabərliyimiz nəticəsində qarşımıza qoyulan vəzifələri yerinə yetirmişik.

- Bir komandir kimi qərar verməkdə çətinlik çəkdiyiniz an olub?

- Əlbəttə, komandir üçün hər qərar bir məsuliyyətdir. Komandir olmaq asan iş deyil. Sən tabeliyində olan bütün şəxsi heyətin həyat məsuliyyətini daşıyırsan. Müharibə isə bambaşqa bir məqamdır. Çünki sən əmr verirsən və yuxarı komandanlıq tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi üçün əmr verirsən. O əmrlər nəticəsində də, əlbəttə ki, bizim şəhid olan, yaralanan hərbi qulluqçularımız, qardaşlarımız var idi və bir insan olaraq sən onların hər birinin məsuliyyətini və ağırlığını daşıyırsan. Xüsusi təyinatlı olmaq bir peşə deyil, bu bir həyat tərzidir. Heç bir peşədə "get, tapşırığı yerinə yetir, şəhid ol" əmri verilmir. Bu yalnız orduya, XTQ-yə məxsusdur. Sən bilirsən ki, sənin verdiyin əmrin nəticəsində kimsə şəhid ola bilər ki, o risk hər zaman var və sən həm vicdani cəhətdən, həm məsuliyyət cəhətdən həyatın boyu o yükü ürəyində, çiyinlərində daşıyırsan.

- Əsgərin ruh yüksəkliyi haradan başlayır?

- Bir əsgərin ruh yüksəkliyi birinci növbədə Vətən sevgisindən başlayır. Ondan sonra özünə inam olmalıdır. Özünə inam haradan başlayır? Sən öz qarşına və komandirlərin sənin qarşına qoyduğu tapşırıqları yerinə yetirdikcə o inam səndə formalaşır. Mümkün olmayan heç bir şey yoxdur. Sadəcə, bəzi şeylərin məqamı var, zamanı var. Ola bilər, bu gün bəzi şeylər mümkün deyil, amma sabah mütləq mümkün olacaq. Ona görə də XTQ mənsubu üçün mümkün olmayan heç nə yoxdur. Bəzən bəzi şeylər bizdən, sadəcə, vaxt alır. Həmin o vaxt gəlib çatanda biz qarşımıza qoyulan bütün vəzifələri yerinə yetiririk.

- Xüsusi təyinatlını digər qoşun növlərində xidmət edənlərdən fərqləndirən əsas xüsusiyyət hansıdır?

- Hər bir qoşun növünün qarşısına qoyulan özünəməxsus tapşırıqlar var. Ona görə bu məsələni ümumi olaraq qiymətləndirmək düzgün deyil. Yəni artilleriyanın, hava qüvvələrinin, tankçıların, piyadaların hər birinin fərdi olaraq öz vəzifə borcları var və hər biri də özünə görə çətin vəzifə borcudur. Ümumilikdə götürəndə isə XTQ-ni digər qoşun növlərindən fərqləndirən ən böyük xüsusiyyət odur ki, xüsusi təyinatlılar hər bir yerdə, hər bir şəraitdə - istər dənizdə, istər bataqlıqda, istər quruda, istər qayada, istər soyuqda, istər istidə, istər dumanda, fərq etməz - hər yerdə tapşırıqları yerinə yetirirlər və yerinə yetirməlidirlər. Ona görə də xüsusi təyinatlılar hər cür şəraitdə çətin təlimlərdən keçirlər. XTQ mənsubu olmaq istəyən hər kəs bütün bu çətinliklərdən keçmək məcburiyyətindədir.

- Beynəlxalq təlimlərdə iştirak etmisinizmi?

- Bəli. Müxtəlif vaxtlarda beynəlxalq təlimlərdə, kurslarda və toplantılarda iştirak etmişəm.

- Bu sualı sizə verməyimin səbəbi var. Beynəlxalq təlimlərdə Azərbaycan əsgərini, Azərbaycan xüsusi təyinatlısını başqa ölkələrin xüsusi təyinatlılarından fərqləndirən bir xüsusiyyət varmı ki, bu ancaq bizə məxsusdur, bizim xarakterimizə xasdır?

- Bəli, biz müxtəlif toplantılarda, təlimlərdə çox olmuşuq və bir çox ölkələrin xüsusi təyinatlılarının istər bölmələri, istər komandirləri ilə bir arada olmuşuq. Biz hər zaman hər bir cəhətdən fərqlənmişik. Yaxşı cəhətdən fərqlənmişik. Birinci növbədə bizim mədəniyyətimizdən, mənsubiyyətimizdən, ailə tərbiyəmizdən irəli gələn bir çox xüsusiyyətlərdə fərqlənirik. Ən əsas da çətin şəraitdə qərar vermək, çətin şəraitdə tapşırıq yerinə yetirmək, qərar qəbul etmək xüsusiyyətləri bizim xüsusi təyinatlılarda hər zaman digər ölkələrin hərbi qulluqçularından bir neçə pillə daha üstün olub. Mən 2011-ci ildə Pakistan XTQ-nin keçirdiyi antiterror kursunda iştirak etmişdim. Orada mənimlə bərabər, digər kurslara da bizim XTQ tərəfindən göndərilən azərbaycanlı zabitlər vardı. Biz orada bir toplantıda iştirak etmişdik. Pakistanlı kapitan rütbəli bir zabit vardı, hansı ki, mənim təlim keçdiyim kursun rəhbəri idi. Biz azərbaycanlı zabitlərlə bir yerdə söhbət edəndə dedi ki, mən çox ölkələrdə kurs-toplantılarda olmuşam, amma Azərbaycan zabiti kimi güclü iradəsi olan zabit hələ görməmişəm. Bu da bizim üçün bir fəxredici məqam idi ki, xarici ölkə mənsubları bizi məhz bu şəkildə görür, qiymətləndirirlər.

Əzizə İsmayılova

Video: Əqdəm Qasımov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 İyun 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see183

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see142

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see138

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri