Xüsusi təyinatlıların ehtiyacları üçün motosiklet hazırlandı FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Diedrich Engineering Systems” (D.E.S.) müdafiə şirkəti Almaniyada keçirilən “Enforce Tac” sərgisində "e-boost" elektrik motosikletini təqdim edib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Defence Network” portalı məlumat yayıb.
Bildirilir ki, motosiklet xüsusi təyinatlıların ehtiyacları üçün hazırlanıb. O, mülki elektron təkmilləşdirməyə əsaslanır.
İki təkərli nəqliyyat vasitəsi saatda 50 kilometr sürəti 1,5 saniyəyə yığa bilir. Motosiklet 100-130 kilometr məsafəni təmin edən iki növ akkumulyator dəstəkləyir.
Elektrikli motosiklet, həmçinin çətin relief ərazilərdə hərəkət etməyə imkan verən gücləndirilmiş asma və silahların quraşdırılması üçün kronşteynlərlə təchiz olunub. Avtomobilin yükgötürmə qabiliyyəti 150 kiloqram olacaq.
Namiq Musayev
Baxış sayı:103
Bu xəbər 28 Fevral 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















