Icma.az
close
up
RU
Xüsusi təyinatlıların təlimləri sabitliyə xidmət edir AÇIQLAMA

Xüsusi təyinatlıların təlimləri sabitliyə xidmət edir AÇIQLAMA

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və BƏƏ yalnız siyasi-iqtisadi deyil, hərbi sahədə də etimadı möhkəmləndirir

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri və Əbu-Dabidə Prezident Məhəmməd bin Zayed Əl-Nəhyan ilə keçirdiyi yüksəksəviyyəli görüş son illər formalaşan Azərbaycan–BƏƏ münasibətlərinin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə ikitərəfli əlaqələrin növbəti diplomatik epizodu deyil, həm də Azərbaycanın Yaxın Şərqdə artan siyasi çəkisinin, etibarlı tərəfdaş və praqmatik aktor kimi mövqeyinin daha da möhkəmləndiyini göstərən mühüm hadisə kimi dəyərləndirilir.

Əbu-Dabidə aparılan müzakirələrdən aydın olur ki, Bakı ilə Əbu-Dabi arasında münasibətlər ənənəvi enerji əməkdaşlığı çərçivəsindən çıxaraq siyasi dialoq, investisiya, nəqliyyat-logistika, yaşıl enerji və regional təhlükəsizlik kimi strateji sahələri əhatə edən geniş tərəfdaşlıq modelinə doğru inkişaf edir. Prezident İlham Əliyevin vurğuladığı qarşılıqlı etimad və siyasi anlayış bu əlaqələrin əsas sütununa çevrilib. Məhz bu etimad sayəsində Azərbaycan və BƏƏ beynəlxalq platformalarda bir-birinin mövqelərini ardıcıl şəkildə dəstəkləyir, qlobal və regional proseslərə oxşar baxış sərgiləyirlər. Bu kontekstdə səfər iki ölkə arasında münasibətlərin uzunmüddətli strateji xətt üzrə inkişaf edəcəyinin aydın siyasi siqnalı kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin səfəri həm Azərbaycan-BƏƏ münasibətlərində yeni mərhələnin başlanğıcını işarələyir, həm də Azərbaycanın regionda və dünyada mövqeyinin güclənməsinə xidmət edir. Bu proses iqtisadi və siyasi diversifikasiya, mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və strateji tərəfdaşlıqların dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan-BƏƏ münasibətləri vasitəsilə ölkəmiz ərəb dünyasında diplomatik və iqtisadi əlaqələrini daha da möhkəmləndirərək regionda sabitlik və əməkdaşlığın təşviqinə töhfə verir, beynəlxalq siyasətdə balanslı və praqmatik yanaşmalarını daha geniş spektrdə tətbiq etməyə imkan yaradır.

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında bildirib ki, bu səfər Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasət kursunun növbəti təsdiqidir. O qeyd edib ki, rəsmi Bakı regional və qlobal proseslərdə dialoq, əməkdaşlıq və beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqeyi ilə seçilir:

“Azərbaycan nə qarşıdurmaların dərinləşməsində, nə də geosiyasi bloklaşmalarda maraqlıdır, əksinə, sabitlik və inkişafı təşviq edən tərəf kimi çıxış edir. Bu münasibətlər təkcə iki ölkə üçün deyil, daha geniş regionda sabitlik, əməkdaşlıq və davamlı inkişaf baxımından əhəmiyyətli nümunə kimi çıxış edir”.

Ə.Verdiyev qeyd edib ki, qarşılıqlı təlimlər və peşəkar hərbi əməkdaşlıq regional sabitliyə töhfə verməklə yanaşı, iki ölkə arasında etimadın praktik müstəvidə möhkəmlənməsinə xidmət edir:

“Bu amil göstərir ki, Bakı ilə Əbu-Dabi arasında tərəfdaşlıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda müdafiə və təhlükəsizlik müstəvisində də uzunmüddətli və sistemli əməkdaşlıq modelinə doğru inkişaf edir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər uzun illərdir dinamik templə və ardıcıl şəkildə inkişaf edir. Bu inkişaf yalnız bir sahə ilə məhdudlaşmır, siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, hərbi, hərbi-texniki və müdafiə sənayesi istiqamətlərini də əhatə edir. Bu baxımdan, oktyabrın 21-də keçirilən “Sarsılmaz Tərəfdaşlıq – 2025” adlı BƏƏ–Azərbaycan xüsusi təyinatlı qüvvələrinin birgə genişmiqyaslı təlimlərini xatırlatmaq yerinə düşər. Qeyd olunan təlimlər üçüncü tərəfə yönəlmədən, iki ölkənin xüsusi təyinatlı qüvvələri arasında əməkdaşlığın dərinləşdirilməsi, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin artırılması, eləcə də hər iki ölkənin qüvvə komandanlıqları və qərargahları tərəfindən əməliyyatların paralel və uzlaşdırılmış şəkildə icrası məqsədilə təşkil olunmuşdu. Təlimlərə kifayət qədər zirehli texnika, ordu aviasiyası, həmçinin müxtəlif funksional tapşırıqlar yerinə yetirən pilotsuz uçuş aparatları cəlb edilmişdi ki, bu da onların yüksək texnoloji və kompleks xarakter daşıdığını göstərir. Vətən müharibəsi zamanı Azərbaycanın xüsusi təyinatlı qüvvələri ən çətin və mürəkkəb əməliyyat tapşırıqlarını uğurla yerinə yetirərək müharibənin taleyini həll edən əsas qüvvələrdən biri oldu. Şuşa, Hadrut, Füzuli kimi strateji ərazilərdə həyata keçirilən çətin əməliyyatlar Azərbaycan xüsusi təyinatlılarının zəngin döyüş təcrübəsinə malik olduğunu açıq şəkildə nümayiş etdirdi. Bu təcrübə bu gün bir sıra beynəlxalq institutlar və elmi-hərbi tədqiqat mərkəzləri tərəfindən öyrənilir. Məhz bu unikal döyüş təcrübəsinin BƏƏ hərbçiləri ilə bölüşülməsi iki ölkə arasındakı münasibətlərin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir”.

Ekspert qeyd edib ki, gələn il “ADEX-2026” beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın real nəticələri olan birgə məhsulların nümayiş ediləcəyi istisna deyil:

“Bu ehtimal kifayət qədər real görünür. Ümumilikdə isə bu əməkdaşlıq Azərbaycanın Cənubi Qafqazda, BƏƏ-nin isə Yaxın Şərqdə sabitləşdirici rolunun qarşılıqlı şəkildə uzlaşdırılması və gücləndirilməsi kimi də qiymətləndirilə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri