Icma.az
close
up
RU
XX əsrin birinci yarısında Güney Azərbaycanda siyasi fəlsəfi ideyalar

XX əsrin birinci yarısında Güney Azərbaycanda siyasi fəlsəfi ideyalar

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Faiq Ələkbərli,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının
fəlsəfi dikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,

III Yazı

Məhəmməd Xiyabani hesab edirdi ki, fəlsəfi anlamda bu iki nəzəriyyə “varlıq və yoxluq” məsələsidir. Onun fikrincə, mübahisəli oilan bu məsələni dərindən dərk etmək lazımdır. O, yazırdı: “Fəlsəfə alimləri arasındakı “varlıq və yoxluq” məsələsi mübahisəlidir. Deyirlər ki: hər bir şeyin tamamilə aradan getməsi, məhv olması və ya bir şeyin öz-özündən vücuda gəlməsi mümkün deyildir. Hər bir varlıq özündən əvvəlki və keçmiş bir vücudun nəticəsidir. Bu qanun hallara və şəkillərə də aiddir. Mövcud olan heç də mümkün deyildir ki, gözlənilmədən yox olsun və aradan çıxsın və ya yerini özündən fərqli olan başqa bir hala versin. Elə bir hala ki, əvvəlcədən yox idi. Bir dəmir parçasını böyük zəhmət nəticəsində başqa şəklə salırlar. Ondan kotan və ya digər bir alət qayırırlar; kotandan qılınc, top və ya tüfəng lülləsi qayırmaq mümkün olur. Lakin bu halların hər birisində biz məcburuq ki, ilk şəkildə olan dəmiri öz istədiyimiz şəklə salmaq üçün, onun əvvəlki şəklini məhv etmək üçün çəkic zərbələri sərf edək. Deməli hər bir ikinci hala keçmək, birinci hala istinad edir və heç bir gözlənilməyən təhəvvül qabili-təsəvvür deyil” [2, s.421-422].

Xiyabaniyə görə, qanmaz adamın birdən birə bilikli alim olması mümkün olmadığı kimi, uzun illər bir istibdadın zülmü altında yaşamış xalq da birdən birə azad ola bilməz: “İnqilabların nəticəsidir ki, siz bu gün yeni əqidələr haqqında məlumata malik olmuşsunuz. Lakin kamal dərəcəsinə çatmamısınız. Sizi özbaşına buraxmaq olmaz. Sizin şəklinizi dəyişmək lazımdır. Sizi diri, düşüncəli və mütəcəddüd bir millət etməlidir. Alimlər demişlər ki, təməddünün əsası bundan ibarətdir ki, qədim adətlər, köhnə qaydalar tədricilə məhv olub onların yerini yeni düsturlar tutsun. Biz bu düsturları sizə öyrədəcəyik” [2, s.422].

Ola bilsin ki, Xiyabaninin bu fəlsəfəsini o zaman özü, ya da bir neçə nəfər anlaya bilmişdir. Ancaq ən əsası odur ki, Xiyabaninin yeniləşmə və təkamül fəlsəfəsi, yəni milləti millət etmək naminə əvvəlcə ayrı-ayrı fərdlərdə vicdanı oyatmaq, daha sonra da onu bir məslək halına gətirib xalqın ümumi vicdanına çevrmək çox doğru düşüncə idi. Xiyabani deyirdi: “Azadxahlardakı vicdani əqidə onlarda vicdani əlaqəni təşkil edir və onları ittifaqa, birliyə çağırır. Biz azadxahların bir arzu, bir məram, əqidə və bir məqsədimiz vardır. Biz hamımız deyirik ki, bu məmləkətdə həqiqi məşrutuyyət hökm sürsün. Şəxsi nüfuzlar və imtiyazlar ləğv edilsin. Həqiqi milli hakimiyyət qurulsun. Müəssisələrimiz və idarələrimiz milliləşsin. Yəni milli hakimiyyətin əsasına arxalansın. Biz deyirik: ədalət, bərabərlik və azadlıq olsun. Bu sözlərin müxtəsər xülasəsi belədir: Biz öz əsrimizin övladları olmaq istəyirik. Biz bəşəri təkamül qafiləsindən uzun yollar boyu geri qala bilmərik. Zəmanəsinə ağ olana zaman cəza verəcəkdir. Məslək birliyi qardaşlıq yaradır. Bir məsləkdə olan iki nəfər iki qardaş kimidir” [2, s.413-414].

Xiyabaniyə görə, xalqın vicdanına hesablanmış məslək, xüsusilə də siyasi məslək bütün məsləklərdən üstündür. Çünki siyasi məslək vicdanları oyadır və müəyyən bir istək üzrə insanları könüllü olaraq bir araya gətirir. O, deyirdi: “Siyasi məslək bütün əqidələrə hakim və üstündür. Din, məzhəb, tayfa və milliyyət siyasi əqidələr qarşısında təsir və nüfuz edə bilməz. Məslək vəhdəti birlik və məhəbbət doğurur” [2, s.414].Onun bu baxışları daha çox sosial-demokratalara yaxın idi. Çünki sosial demokratlar da din, tayfa, milliyyət məsləyini deyil siyasi məslək, yəni azadlıq, ədalət və bərabərlik şüarlarını irəli sürürdülər. Görünür, bu baxışlarından dolayı Sovetlər Birliyi dövründə Xiyabanini az qala marksist elan etmək istımişlər. Sadəcə olaraq, burada Xiyabaniyə görə də, bəşəriyyətin səadəti dini, milli mənsubiyyətindən asılı olmayaraq yalnız bu ideyalar uğrunda mübarizə aparan insanlar vasitəsilə təmin olunacaqdır: “Bu gün bütün dünyada qaldırılmış azadlıq bayrağı altında insanlar xoşbəxt həyat sürəcəklər. Yaşasın bütün dünya azad xalqları arasında dostluq və qardaşlıq rabitəsini yaratmaq istəyənlər” [2, s.415].

Bu anlamda S.C.Pişəvəri ilə razılaşırıq ki, Səttarxan silah gücü və igidliyi ilə Azərbaycanın adını ucaltdığı halda, Xiyabani alimanə, yəni müdrik nitqləri və cəsarətli yazıları ilə Azərbaycan tarixinə, Azərbaycan mədəniyyətinə öz adını yazdıra bilmişdir. Pişəvəri Təbrizdə Xiyabaninin abidəsinin açılışı münasibətilə etdiyi çıxışında deyirdi: “Şeyx böyük mütəfəkkir idi. Onun nitqlərini oxuyanda insan təzə şeylər öyrənir. Onun sözləri dərin və mənalıdır. Onun nitqlərinin içərisində artıq sözlər çox azdır. Lakin bir çox əməli təkliflər vardır”[3, s.155].

Pişəvəriyə görə, Xiyabani iman və əqidə adamı olsa da, həm mühiti müsaid olmayıb, həm də ətrafındakıların çoxu onun fəlsəfəsini başa düşməyib, o da çox məsələləri açıq deyə bilməyib. Ola bilsin ki, Pişəvəri bu məsələ də bir qədər haqlı idi. Çünki doğrudan da müdrik və cəsarətli bir ziyalı olan Xiyabanini ətrafındakılar tam anlaya bilmirdilər, ya da istənilən səviyyədə anlamamışlar. Pişəvəri yazırdı: “Şeyxin dedikləri bizim istədiklərimizin müqəddiməsidir... Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş. O, düşmən qabağında təslim olmamışdır. Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqalədə böyükdür. Sərdar rəşid imiş. Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi” [3, s.156].

Xiyabaninin əksər tədqiqatçıları da Pişəvəri kimi hesab edirlər ki, o, siyasi fəaliyyəti, nəzəri-fəlsəfi baxışları ilə Azərbay­can xalqının milli azadlıq və demokratiya hərəkatı taixində dərin iz buraxmışdır [4, s.197].Məsələn, Qafar Kəndliyə görə də, Xiyabani Azərbaycan fəlsəfi fikrinin inkişaf tarixində yeni bir dövr açmış, onun “Təcəddüd” fəlsəfi məktəbində Azərbaycanın böyük inqilabı nəsli yetişmişdir: “Doğrudan da, Xiyabaninin fəlsəfi məktəbində hər şey yeni əsasla qurulmuş, hər şeyin həllində millətin, füqareyi-kasibənin, zəhmət adamlarının, şəhər və kəndlərdə alın təri ilə çörək qazanan­ların mənafeyi əsas götürülmüşdür. Köhnə siyasi məfhumlar alt-üst edilmişdir. Təcəddüd məsləkində inqilabın əsas məsələsi olan hakimiyyət məsələsi inqilabçı nöqteyi-nəzərindən daha radikal şəkildə qoyulurdu”[5, s.62].

Qafar Kəndlinin fikirlərindən də belə anlaşılır ki, Xiyabani ictimai-fəlsəfi baxışlarına görə, sosial-demokratlara, bir qədər də dəqiqləşdirsək marksisit sosial-demokratlara yaxın olmuşdur. Onun sayəsində xeyli dərəcədə köhnə siyasi məfhumlar alt-üst edilmiş, yeni kateqorial anlayışlar dövriyyəyə gətirilmişdir. Eyni zamanda, o, marksist sosial-demokratlara yaxın olmaqla yanaşı, milli demokratiyaya daha çox meyil göstərmişdir.

Xiyabaninin yaxın silahdaşı hesab olunan Mirzə Tağı Rəfət bütün sahələrdə, o cümlədən mədə­niyyətdə, fəlsəfədə və ədəbiyatda da yeniləşmənin tərəfdarı kimi tanınmışdır. Onun fikrincə, yenilikçilərin istədikləri düşüncə və incəsənət dunyasında, ədəbiy­yatda yeni bir eranı yaratmaqla bağlı­dır. Rəfətə görə, bu gün vacib olan köhnəlmiş lakin, hələ də üstün olan statusu dəyişərək yeni müasir status ilə əvəz etməkdir. Bunun üçün də ən güclü vasitə dildir. Çünki dil insanın fikir və hisslərini ifadə etmək üçün bir alətdir. O, “Modernistlərin bəyantında” fikrini belə ifadə edirdi: “Əgər biz iddia edə biləriksə ki, insan fikirləri və hissləri eralar ərzində hec bir dəyişikliyi qəbul etmir, onda dil dəyişikliyi də yararsız ola bilər. Aydındır ki, intellektual və perspektual müasirlik ədəbi müasirliyi tələb edir”[6, s.22]. Rəfət daha sonra yazırdı: “Bu açıq və aydın bir həqiqətdir ki, yeni fikir və yeni hisslər ədəbiyyatda da yeniləşmə tələb edir. Daha doğrusu, ədəbi yeniləşmə, yəni təfəkkür və deyim tərzində yeniləşmə fikirlərin və hisslərin yeniliyini göstərən yeganə sübutdur”[6, s.22].

Qacarlar dövlətində “yeni şeirin öncülü”, yeni ədəbi-fəlsəfi baxışların nümayəndəsi hesab olunan Rəfət Türkiyədə yaranmış “Sərvəti-finun”nun Azərbaycandakı davamçılarından da biri idi. O da, “Sərvəti-finun”çular kimi ədəbiyyatı həm forma, həm də məz­mun cəhətdən yeniləşdirmək, dili sadələşdirmək, ənənəvi Şərq motivlərini və poetik sistemini dəyişdirmək, Qərb mədəniyyət usulunu təbliğ etmək yolunu tutmuşdu. “Təcəddüd”, “Azər­baycan” qəzetlərinin, “Azadi­stan” jurnalı­nın əsas yazarlarından biri kimi Rəfət bu mətbu orqanlardakı məqalə­lərində yeni həyatın tələblərini ifadə etməyə çalışmışdır. Onun ilk yazılarında demokratik əhval-ruhiyyə, vətənpərvərlik və xəlqilik əsas yer tutmuşdur [7, s.162-163]. Bu baxımdan Rəfət çağdaş “İran” poeziyasının ilk şairi kimi də tanın­mışdır. Eyni zamanda, o Həbib Sahir, Əhməd Xürrəm, Yəhya Mirzə Daneş və başqa şairlərin və yazıçıların ardıcılları olduqları "Rəfət Məktəbi" adlandırılan ədəbi məktəbin yaradıcısıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyul 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see139

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see129

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see125

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see124

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see122

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see120

ABŞ senatorları Trampın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə biləcəyinə inanırlar

13 İyul 2025 22:08see117

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see117

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see116

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

Dubay şeyxinin qızı Parisdə repper French Montana ilə görüşüb…

13 İyul 2025 21:07see115

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see114

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see114

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see114

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see112

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see112

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see109

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see109

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri