“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Fransanın “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen Ukraynadakı münaqişə səbəbindən Üçüncü Dünya müharibəsinin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.
“Qafqazinfo” “Digi24” telekanalına istinadla xəbər verir ki, fransalı siyasətçi mövcud gərginliyi qiymətləndirərkən iki ehtimalı irəli sürüb:
“Ya NATO bu münaqişəyə qoşulacaq və o zaman Üçüncü Dünya müharibəsi başlayacaq, ya da biz yüzillik müharibənin şahidi olacağıq”.
Yaranmış vəziyyətdən çıxış yolu kimi Le Pen münaqişənin həlli yollarını tapmaq üçün müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə yüksəksəviyyəli beynəlxalq konfransın keçirilməsinin vacibliyini vurğulayıb:
“Böhranın həlli üçün Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsən danışmaq istərdim”.
Xatırladaq ki, Marin Le Pen bundan əvvəl də Fransanın mövcud maliyyə vəziyyəti fonunda Ukraynanı maliyyələşdirməyə davam etmək iqtidarında olmadığını bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 17 Sentyabr 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















