Icma.az
close
up
RU
Yad adam

Yad adam

Icma.az bildirir, 525.az portalına istinadən.

Polyak rejissor Malqojata Şumovskanın 2018-ci ildə ekranlara çıxan “Üz” bədii filmi 68-ci Berlin kinofestivalında “Gümüş Ayı” mükafatına layiq görülüb.

Filmin sujetinə görə, Polşa kəndlərindən birində İsa Məsihin heykəli qoyulur. Məqsəd İsa Məsihin ən nəhəng heykəlini düzəltməkdir. Əsas qəhrəman, kənddə hamının sevimlisi olan Yatsek (Mateuş Kostsyukeviç) də heykəlin qoyulması prosesində iştirak edir. İş zamanı Yatsek yıxılır və onun üzü zədə alaraq tamamilə tanınmaz hala düşür. Və ona yeni üz transplantasiya edirlər. Lakin üzünün tam bərpası üçün gənc oğlan daha bir neçə əməliyyat keçirməlidir. Evə qayıdandan sonra ətrafın ona münasibəti dəyişir. Yatsekin üz ifadələri ilə emosiyalarını ifadə edə bilməməsi (adamlar onun ciddiliyini və ya gülməyini ayırd edə bilmirlər), aydın danışmaması münasibətlərdə də çətinlik yaradır. Doğmaları onu qəbul etmək istəmir, dövlət onun müalicəsi üçün pul ayırmağa vəsaitin olmadığını deyir. Jurnalistlər isə onun faciəsindən şou düzəldirlər. Yatsek düşdüyü vəziyyəti dəyişməkdən ötrü qərar qəbul etməli olduğunu anlayır...

Hazırda polyak kinosunun parlaq nümayəndələrindən biri Malqojata Şumovska filmini müasir Polşada baş verənlərə metafor adlandırır. Müəllif bunu dedikdə polyakların yad adam qarşısında qorxu hissi duymasını nəzərdə tutur. Yəni cəmiyyətin mədəni, milli, dini fərqliliyinə görə onlardan seçilən insanlara münasibətini, bir növ qəbul etməməsini. Məsələ ondadır ki, polyak intellektuallarını ölkədə sağ ideyaların təbliği, mühafizəkarların güclənməsi narahat edir. Xüsusən də, ölkədə katolik kilsə hakimiyyət və toplum üzərində əhəmiyyətli təsirə malikdir. Rejissora görə mövcud durum ölkədə qapalı mühit yaradır və o, filmini ölkədəki ictimai-siyasi mühitə reaksiya kimi çəkdiyini deyir. Təsadüfi deyil ki, əhvalatın əsas xətlərindən biri katolik kilsənin sərt tənqidi, müəllifin ona satirik yanaşmasıdır. Kilsə, dini ayinlər və s. kənd əhalisinin həyatının əsas mənasıdır. Rejissor müxtəlif situasiyalar vasitəsilə dinin riyakarlığını göstərir. Misalçün, İsa Məsihin heykəlinə baş çəkən  katolik dini rəhbər heykəlin başının düz qoyulmadığını, onun düzəldilməsini tələb edir. Bunun əvəzində isə o, tikinti işində müsəlmanların qeyri-leqal işləməsinə göz yumacağını deyir. 

Keşiş Yatsekin anasına xəstəlik zamanı valideynin övladının yanında olmasının dində vacib sayıldığını bildirir. Amma Yatsekin anası dindar olmasına rəğmən, oğlunu qəbul etmək istəmir. Ona elə gəlir ki, oğlunun bədəninə şeytan girdiyi üçün o, hər şeyə başqa cür baxır və onun bədənindən şeytanı çıxarmaq üçün kilsə ayini keçirir. 

“Üz” daha çox sevgi haqdadır. Yatsek qəzaya uğrayandan sonra ona həqiqi münasibət üzə çıxır. Əslində əsl sevginin mövcud olub-olmadığı məhz çətin vəziyyətlərdə aydınlaşır. Normal şərtlərdə isə sevgi daha çox imtiasiyadır. Və Yatsek də çətin günlərində doğma adamlarından sevgisizlik görür. 

Filmin maraqlı epizodlarından biri, ekspozisiyada təsvir olunan  endirim kampaniyasıdır. Uzun növbədə dayanan alıcılar mağaza açılan kimi ora cumur, soyunaraq malları alırlar. Onlar daha çox mal əldə etmək üçün bir-birini itələyir, tapdalayır, ayaqlayırlar. Üzü normal adamlar nə qədər eybəcər göründüklərinin fərqində deyillər. Onların fonunda üzü eybəcərləşmiş Yatsekin ruhu isə təmiz və gözəldir. Və o, cəmiyyət tərəfindən qəbul olunmayan, lağa qoyulan,  dövrünün müasir İsa Məsihidir. 

https://www.youtube.com/watch?v=V2i1A5X00dI  
https://www.youtube.com/watch?v=bGEmiX80FA8 
https://m.ok.ru/video/1105845553764  

Sevda SULTANOVA
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Mart 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see271

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see189

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see189

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see188

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see180

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see179

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see178

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see177

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see177

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see173

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see172

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see171

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see169

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see168

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri