Icma.az
close
up
RU
Yaddaşınızı qorumaq üçün bu qidalardan yeyin

Yaddaşınızı qorumaq üçün bu qidalardan yeyin

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.


Günümüzdə əksər insanlar yaddaş problemindən şikayətlənirlər. Buna bir çox amillər təsir edir: həm psixoloji məqamlar, həm də yanlış qidalanma..
Bəs yaddaş zəifləməsinin qarşısını necə ala bilərik?
Araşdırmamızı təqdim edirik:
Su - insan orqanizmində əhəmiyyətli rola malikdir. Belə ki, metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak etməklə yanaşı, su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa yardımçı olur. Su beynin normal funksiyasının bərpa edilməsində mühüm rol oynayır. Alimlərin qənaətinə görə, beyin toxuması 85 faizi sudan təşkil olunub. Uzun müddət susuz qaldıqda beyinin məlumat saxlamaq qabiliyyətinə mənfi təsir göstərən kortizol hormonunun ifrazı artır və unutqanlıq, diqqət əskikliyi kimi hallar özünü göstərməyə başlayır.
Meyvə-tərəvəz - orqanizmin mineral maddələr və vitaminlərlə təmin edilməsində əvəzsiz qida məhsuludur. Təzə meyvə-tərəvəz ilboyu gündəlik qidanın tərkibinə mütləq daxil olmalıdır. Mövsümi meyvə və tərəvəzlərin mütəmadi istehlakı zehni qabiliyyətin inkişafına, yaddaşın güclənməsinə müsbət təsir göstərir. Xüsusilə də bəzi rəngdə olan meyvə-tərəvəzin istehlakı daha faydalı sayılır. Məsələn, qırmızı çuğundurda olan antosian, badımcana bənövşəyi rəng verən nasunin beyin toxumasının lipidlərini qoruyur. Tünd yaşıl rəngli tərəvəzlərdə olan fol turşusu, eləcə də almanın qabığındakı antioksidantlardan kversetin yaddaş zəifliyinin qarşısını alır.
Qoz və badam – Omeqa-3 və E vitamini ilə zəngin olan qoz və badam yaddaş və beyin sağlamlığı üçün çox faydalıdır. Qoz, xüsusən də zehni fəaliyyəti dəstəkləməyə kömək edən antioksidantlarla doludur.
Somon və digər yağlı balıqlar – Somon, sardina kimi balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir ki, bu da beyinə faydalıdır və yaddaşı inkişaf etdirir
Avokado – Avokado tərkibindəki sağlam yağlar sayəsində qan dövranını yaxşılaşdırır, beyinə qan axınını təmin edir və diqqəti artırmağa yardımçı olur.
Müntəzəm həmin məhsulları istehlak etmək mütəxəssislər tərəfindən tövsiyə edilir, əlbəttə ki, qədərində..
Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://missiya.az
archiveBu xəbər 20 Noyabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri