Icma.az
close
up
RU
Yaddaşınızı gücləndirmək istəyirsinizsə, bunları yeyin SİYAHI

Yaddaşınızı gücləndirmək istəyirsinizsə, bunları yeyin SİYAHI

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Bütün bədənimizi idarə edən beyin sağlamlığımızın bütün həyat boyu qorunub inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır.

Yediyimiz qidalardan tutmuş yuxu düzəninə, gün ərzində baş verən hadisələrə, hətta səmimi bir gülümsəməyə qədər bir çox nüanslar beyin sağlamlığına təsir edir. Ailem.az Türkiyənin beyin, sinir və onurğa-ilik cərrahı İlhan Elmacının beyin sağlamlığı ilə bağlı məsləhətlərini diqqətinizə çatdırır.

Beyin inkişafı ilk olaraq, ana bətnindən başladığı üçün gələcək anaların xüsusilə fol turşusu baxımından zəngin olan qidalarla bəslənməsi vacibdir. Fol turşusu lobya, ispanaq, bənövşəyi kök, limon və portağal kimi qidaların tərkibində var.

Yaddaş və zəka inkişafı baxımından B vitamini əhəmiyyətli bir yer tutur. Eyni zamanda B vitamini yeni hüceyrələrin yaranmasına və var olan hüceyrələrin qorunmasına kömək edir. Odur ki, B vitamini tərkibli banan, quru paxlalar, ət, balıq, yağsız süd, qatıq və yaşıl yarpaqlı tərəvəzlərin istifadəsi mütləqdir.

Beyin funksiyasının daha düzgün çalışması, yaddaşı gücləndirərək daha sürətli düşünə bilmək üçün Omega-3 baxımından zəngin balıq müəyyən aralıqlarla istifadə olunmalıdır. Beyində yaşlanma ilə birlikdə ortaya çıxan geriləməni yavaşlatmaq üçün E vitamini baxımından zəngin qoz, fındıq, yer fıstığı, günəbaxan tumu, küncüt, kətan toxumu yeyin.

Dopamin ifrazını təmin edən üzüm məsələ həlli istedadını artırır. Yüksək faizdə antioksidant tərkibli çiyələk, meşə giləmeyvəsi, pomidor, kök isə beyni qoruyur.

Bunlarla yanaşı qəhvə beynin işləməsinə dəstək verən siqnalların ən əhəmiyyətlilərindəndir. Qəhvənin tərkibində olan və beyində siqnal vəzifəsi görən kofeinin yorğunluğu azaldıcı təsirinin yanında diqqətsizlik və oyanıqlığı yüksəldən özəlliyi də var.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 04 Noyabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri