Icma.az
close
up
RU
Yadplanetlilər Azərbaycandan kimləri aparıb?

Yadplanetlilər Azərbaycandan kimləri aparıb?

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lənkəran səmasında görünən işıqlar UNO-lar mövzusunu gündəmə gətirdi; onların “xoşuna” gələn ərazilər Nargin adası, Pirşağı və Novxanı qəsəbəsidir iddiası

Lənkəran səmasında qeydə alınan qeyri-adi hadisə son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şəhər sakinləri axşam saatlarında səmada ardıcıl düzülmüş işıq nöqtələri müşahidə etdiklərini bildiriblər. İşıqlar şəhər ərazisindən kifayət qədər aydın görünüb və bu da insanların marağı ilə yanaşı, təşvişinə səbəb olub. Sosial mediada yayılan görüntülərdə bir çox istifadəçi bunun Uçan Naməlum Obyektlər (UNO) olduğunu iddia edib.

Qeyd etmək lazımdır ki, zaman-zaman dünyada olduğu kimi, Azərbaycanda da səmada müşahidə edilən naməlum hadisələr UNO mövzusunu yenidən gündəmə gətirir. Dünyanın müxtəlif ölkələrində insanlar qeyri-adi səma hadisələri gördüklərini bildirir, lakin bu müşahidələrin əksəriyyəti hələ də elmi və rəsmi şəkildə təsdiqlənməyib. Son bir il ərzində də bu cür məlumatlara tez-tez rast gəlinir. UNO-ların varlığını qəbul edənlər olsa da, böyük əksəriyyət inanmadığını deyir.

Bəs həqiqətən Yerdən başqa sivilizasiya, yaşayış varmı? Əgər doğrudan da yadplanetlilər dünyaya səyahət edirsə, onları maraqlandıran ən çox hansı amildir?

21-ci əsrdə yaşamağımıza baxmayaraq hələ də bu suallar tam olaraq çözülməyib. Xatırladaq ki, yadplanetlilər barədə məlumatlar hələ qədim şumer, hind və Misir yazılı abidələrində yer alıb. Bəzi alimlər Qədim Misirdə 5-6 min əvvəl piramidaların inşası zamanı yadplanetlilərin köməyindən istifadə olunduğunu iddia edirlər. Piramidaların inşasında istifadə edilən daşların hər birinin 2 ton ağırlığında olması, habelə onların divarlarında astronavt şəkillərinin həkk edilməsi bu qənaətə gəlməyə zəmin yaradır.

Bəzən konus, üçbucaqlı, bumeranq və başqa formalarda da olmasına baxmayaraq, el arasında “uçan boşqab”lar adlandırılan UNO-ların müasir tarixi isə onların “ilk dəfə” 1896-cı ildə ABŞ-də müşahidə edilməsi ilə başlayır. Bu sahəni öyrənən elm isə ufologiya adlanır.

Ufoloqların fikrincə, UNO-lar Yer sivilizasiyasının inkişaf səviyyəsi ilə maraqlandığı üçün Yerə səyahət edirlər. Əsasən ABS, İran, Rusiya və digər nüvə dövlətlərinin hərbi obyektlərinin üzərində tez-tez göründüyü iddia edilən bu obyektlər bununla Yerin taleyindən narahatlıq keçirdiklərini göstərməyə çalışırlar.

Ufologiya ilə məşğul olan azərbaycanlı alimlərdən biri hətta bildirirdi ki, Azərbaycanda il ərzində UNO-lar öz səfərləri boyunca dəfələrlə insanlarla təmasa cəhd ediblər. UNO gördüyünü iddia edən şəxslərin dediyinə görə, yadplanetlilərin boyu təxminən 130-150 sm-ə çatır. Boyunları üzərindəki başları olduqca iridir, gözləri insanı vahiməyə salacaq qədər iridir, əlləri dizə qədər uzanılıdır və sairə.

Hətta iddia edilirdi ki, Azərbaycanda elə ərazilər var ki, UNO-ların “xoşuna” gəlir. Bu ərazilər Abşeronda Nargin adası, Pirşağı və Novxanı qəsəbəsi, həmçinin Şamaxı ərazisidir.

İllər öncə Amerika Dövlət Departamenti xüsusi bir komissiya yaratmışdı ki, “uçan boşqablar”la bağlı araşdırma aparılsın. Komissiyanın tərkibinə hərbi dəniz qüvvələrinin nümayəndələri və NATO-nun elmi əməkdaşları daxil idi. Komissiya üzvləri “uçan boşqablar”la bağlı məlumatları olan şəxsləri tapıblar, baxıblar ki, həmin adamların psixoloji problemləri var və zaman-zaman nələrisə uydurub danışırlar. Bütün bunlardan sonra Amerika Dövlət Departamenti belə bir bəyanatla çıxış edərək bildirdi ki, “bu məsələ haqqında danışanlar elə hesab edirlər ki, daha mədəniyyətlidirlər, lakin rəsmi səviyyədə araşdırdıqdan sonra bəyan edirik ki, bu haqda danışan adamların səviyyəsi çox aşağıdır, ona görə də onların dediklərini doğru qəbul etmək düzgün deyil.

Məsələn, ABŞ-nin Vandenberg Kosmik Qüvvələr bazası ətrafında naməlum obyektlər gördüklərini iddia edən şəxslər müxtəlif açıqlamalar veriblər. Vyominq ştatında bir elektrik stansiyası yaxınlığında ildə bir neçə dəfə qeyri-adi səma görüntülərinin qeydə alındığı bildirilib. Bu müşahidələr əsasən videogörüntülər və şahid ifadələri şəklində sosial mediada yayılıb və geniş müzakirələrə səbəb olub. Bununla belə, rəsmi qurumlar tərəfindən bu hadisələrlə bağlı konkret elmi nəticə açıqlanmayıb.

UNO müşahidələrinin ən çox qeydə alındığı ərazilər əsasən ABŞ sahilləri və bəzi ştatlar hesab olunur. Kaliforniya, Florida və digər bölgələrdə minlərlə belə hadisə ilə bağlı hesabat mövcuddur. ABŞ-dən kənarda isə Cənubi Afrika, Latın Amerikası və Asiyanın bəzi bölgələrində də qeyri-adi səma işıqlarının müşahidə edildiyi bildirilir. Maraqlıdır ki, bu hadisələrin əksəriyyəti sübh çağı və ya gün batımı vaxtlarında, yəni səmada işıq-kölgə effektlərinin daha qabarıq göründüyü anlarda qeydə alınır.

Buna baxmayaraq, bir çox insan bu cür görüntüləri struktur baxımından izah edə bilmədiyi üçün onları yadplanetli texnologiyası kimi şərh edir. Elmi və hərbi dairələr isə bu hadisələrə daha ehtiyatla yanaşır və əsasən UAP (Tanınmayan Hava Hadisəsi) termini işlədilir. ABŞ və bir sıra digər ölkələrdə bu müşahidələri araşdırmaq üçün xüsusi işçi qruplar yaradılıb. Rəsmi açıqlamalarda bildirilir ki, qeydə alınan halların böyük hissəsi radar və optik anomaliyalar, atmosfer hadisələri, peyklər, pilotsuz uçuş aparatları və ya insan mənşəli texnologiyalarla bağlı ola bilər.

Şamaxı Astrofizika Rəsədxanasından “Yeni Müsavat”a bildirilib ki, Lənkəran səmasında görünən işıq düzülüşü “Starlink” peyklərinə aiddir. Bu peyklər “SpaceX” şirkətinin layihəsi çərçivəsində orbitə buraxılır və qlobal internet şəbəkəsinin yaradılması məqsədi daşıyır.

“Starlink” peyklərini UNO-lardan ayırmaq üçün bir sıra xarakterik əlamətlər mövcuddur. Əvvəla, bu peyklər düz xətt üzrə ardıcıl şəkildə hərəkət edir və sanki ipə düzülmüş lampalar təsiri bağışlayır. Onların hamısı eyni istiqamətdə və eyni sürətlə uçur, işıqları sabit olur və təyyarələrdə olduğu kimi yanıb-sönmür. Tamamilə səssizdirlər və adətən 2-5 dəqiqə ərzində görünərək Yer kölgəsinə daxil olduqları anda qəfil yoxa çıxırlar. Ən çox axşam və sübh vaxtlarında, Günəş şüalarının peyklərə dəyib onları parlaq göstərdiyi zaman müşahidə olunurlar.

UNO ilə bağlı iddia edilən obyektlər isə adətən xaotik hərəkət edir, ani sürət dəyişmələri, gözlənilməz dönmələr edir, bəzən istiqaməti və rəngi dəyişir. Qeyri-sabit trayektoriya və fizika qanunlarına zidd görünən hərəkətlər UNO iddialarını gücləndirən əsas amillərdən sayılır.

Sosial mediada yayılan bəzi iddialara görə, “Starlink” peyklərinin son günlər Lənkəran səmasında görünməsi regionda baş verən geosiyasi hadisələrlə, xüsusilə də İranda internetin məhdudlaşdırılması ilə əlaqələndirilir. Bildirilir ki, İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti müəyyən hallarda “Starlink” vasitəsilə pulsuz internet imkanları yaradır. Lakin bu iddialarla bağlı rəsmi təsdiq mövcud deyil və mütəxəssislər peyklərin görünməsinin əsasən orbital trayektoriya və vaxt uyğunluğu ilə bağlı olduğunu bildirirlər.

Əlqərəz, hazırda dünyada UNO və ya UAP adı altında yayılan çoxsaylı görüntülər və iddialar mövcuddur. Lakin bu müşahidələrin böyük əksəriyyəti elmi baxımdan peyklər, atmosfer hadisələri və ya optik illüziyalar kimi izah olunur. Rəsmi qurumlar bu cür halların araşdırılmasını davam etdirir və vətəndaşlara təşvişə düşmədən məlumatları etibarlı mənbələrdən dəqiqləşdirməyi tövsiyə edirlər. /Yeni Müsavat/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:295
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Yanvar 2026 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see316

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see268

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see266

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see259

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see259

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see251

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see251

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see249

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see248

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see248

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see239

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see237

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see237

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see214

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see207

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see205

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see202

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see195

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see194

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri