Yadplanetlilər Yer kürəsinə gəlib? Alimlər tarixi açıqladı
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın NASA-nın Eyms Araşdırma Mərkəzinin keçmiş elmi işçisi, Nyu-York Ştat Universitetinin astrofiziki Kevin Knut Yerə yadplanetli sivilizasiyaların gəlişi ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Bizim.Media Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri məlumat yayıb.
Alimin sözlərinə görə, əgər yadplanetli sivilizasiyalar həqiqətən də Yerə gəliblərsə, bu hadisə yaxın keçmişdə deyil, təxminən 1,2 milyon il əvvəl baş verib.
Knut bu nəticəyə kompüter modelləşdirməsi əsasında gəldiyini bildirib. O, qalaktikada ulduzlararası səyahət edə bilən 10 milyon hipotetik sivilizasiyanın inkişafını modelləşdirib.
Hesablamalarda kosmik gəmilərin sürəti, sivilizasiyaların mövcudluq müddəti, uçuş məsafəsi və yeni ulduz sistemlərini koloniyalaşdırmaq ehtimalı nəzərə alınıb.
Araşdırmaya görə, hər hansı ulduzlararası sivilizasiyanın Yerə çatmaq ehtimalı cəmi 0,000405 faiz təşkil edir. Model göstərir ki, belə bir səfər baş veribsə, onun orta hesabla 1,2 milyon il əvvəl baş tutması daha real görünür.
Astrofizik həmçinin bəzi naməlum anomal hadisələrin (UAP, əvvəllər UNO kimi tanınan obyektlər) mənşəyinin yerdənkənar ola biləcəyini istisna etməyib. O bildirib ki, belə obyektlərin hərbi bazalar və nüvə infrastrukturu yaxınlığında müşahidə olunması barədə məlumatlar mövcuddur.
Bununla yanaşı, Kevin Knut vurğulayıb ki, bu obyektlərin mənşəyi hələ də məlum deyil və onların elmi metodlarla daha ətraflı araşdırılmasına ehtiyac var. Alim hazırda UAPx layihəsində və ABŞ-ın Naməlum Anomal Hadisələrin Araşdırılması üzrə Elmi Məşvərət Şurasında fəaliyyət göstərir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 Avqust 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















