Icma.az
close
up
RU
Yadplanetlilər Yerlə necə əlaqə qura bilər? Alimlər açıqladı

Yadplanetlilər Yerlə necə əlaqə qura bilər? Alimlər açıqladı

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tədqiqatçılar ehtimal edirlər ki, Yer kürəsindən kənar həyat öz kosmik gəmiləri ilə insanların istifadə etdiyi üsullara bənzər şəkildə ünsiyyət qura və bu siqnallar Yer üzündən də aşkar oluna bilər. 

"Ölkə.az" xəbər verir ki, bu barədə "Independent" yazıb.

Yeni araşdırmada alimlər insanlığın yadplanetli ağılın izlərini harada axtarmalı olduğunu müəyyənləşdirməyə çalışıblar. Onlar insanlar tərəfindən kosmik aparatlara göndərilən siqnalları təhlil ediblər və qeyd ediblər ki, oxşar rabitə üsulu uzaq ulduz sistemlərində də baş verə bilər.

Pensilvaniya ştat universitetinin Eberli elmi kollecindən Pinqçen Fan bildirib: "İnsanlar əsasən Mars kimi digər planetləri öyrənmək üçün göndərdiyimiz kosmik gəmilər və zondlarla ünsiyyət qururlar. Lakin belə bir planet bütün ötürülməni bloklamır, buna görə də başqa bir planet və ya kosmik gəmi bu siqnalların keçidini aşkar edə bilər. Bu, planetlərin düzülüşü zamanı baş verir və deməli, yadplanetli mesajların axtarışında belə düzülüşlərə xüsusi diqqət yetirmək lazımdır".

Araşdırmada alimlər NASA-nın uzaq kosmik rabitə şəbəkəsinin qeydlərini təhlil edərək siqnalların hansı istiqamətlərə göndərildiyini araşdırıblar. Nəticədə məlum olub ki, siqnalların çoxu Mars yaxınlığındakı aparatlardan yönəlib. Digərləri isə əsasən digər planetlərə və ya Günəşlə Yer arasındakı Laqranj nöqtələrinə istiqamətlənib.

Mütəxəssislərin qənaətinə görə, yadplanetli kosmik gəmilərdən siqnalları məhz planetlərin bir xətt üzərində düzülüşü olan nöqtələrdə axtarmaq daha məqsədəuyğundur.

Fan əlavə edib ki, son 10–20 ildə çoxlu ekzoplanetlər aşkar olunsa da, bir neçə tranzit ekzoplaneti olan sistemlər hələ az tanınır: "NASA-nın "Nensi Qreys Roman" teleskopunun buraxılışı ilə yüz minə qədər yeni ekzoplanetin aşkar olunacağı gözlənilir və bu, axtarış sahəmizi əhəmiyyətli dərəcədə genişləndirəcək".(qaynarinfo)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:375
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Avqust 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri