Yağış, külək, duman və qar...
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 7-də Bakıda və Abşeron yarımadasında havanın gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Gecə 3-5°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° , gündüz 6-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15°, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Q.QASIMOV
XQ
Baxış sayı:71
Bu xəbər 07 Fevral 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















