Icma.az
close
up
RU
“YAĞIŞ LƏNƏT DEYİL” Mir Şahin Ağayev

“YAĞIŞ LƏNƏT DEYİL” Mir Şahin Ağayev

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıya yağış yağır. Normadan artıqdır? Bəli. Çətinliklər yaranır? Bəli! Amma nə qədər artıq olsa da sosial şəbəkələrdəki panik statuslardan, yersiz şərhlərdən artıq deyil.

Nə qədər çox çətinlik yaratsa da sosial platformalardakı “hərşeyşünasların-naqqalların” yaratdığından çox deyil. Heç kimə, xüsusilə şəhər təsərrüfatına rəhbərlik edənlərə, dünəndən başlayaraq-bütün gecə daxil olmaqla bu saat da sısqa yağışın altında işləyənlərə-FHN, DİN, ADSEA əməkdaşlarına işləmyi öyrətmək lazım deyil.

Tıxacdan şikayət etmək əvəzinə lazım olmadığı halda avtomobillə yolları yükləməmək lazımdır. Polis əməkdaşları onsuz da yüklənib. Kömək etmək istəyiriksə, diqqətli olaq, ilk növbədə özümüzü çarəsiz vəziyyətə salmayaq ki, iş artırmayaq. Sakit bir damın altında oturub çay içə-içə FHN-i qınayan statuslar paylaşmaq əvəzinə sosial hesablarda problem yaranmış ərazilərin ünvanını dəqiq yazmaq, kömək yönəltmək üçün ipucu vermək lazımdır.

Saytlar, sosial media alətləri-ümumiyyətlə-həmkarlar! Panik ovqat yaradan başlıqları, “Apardı sellər Saranı!” deyə “Xançoban” lənətləməyi yığışdıraq! ADSEA əlindən gələni edir. Yağışdır, leysandır, sısqadır, nədir, fərqi yoxdur, hər yerə yağır. Hər yerə.

Bəlkə Azərbaycandan daha güclü, daha çox. Və inanın ki, raket zərbələrindən sonrakı Tehranda, Təbrizdə- küçələrdə, meydanlarda yağış altında dayananlar daha soyuqqanlıdırlar bizim sosial şəbəkələrdəki gəvəzələrdən.

Tapşırıqları intizamla yerinə yetirək. Yeri gəldi-gəlmədi canlı açmaq lazım deyil. İmkan varsa kömək edək. Yox əgər suyun içində, yağışın altında bu soyuqda çalışan adamların əlindən şlank, lapatka alıb kömək edən deyilsinizsə, heç olmasa heç kimə gərəkli olmayan giley-güzarınızı özünüzə saxlayın, tirajlamayın, mane olmayın.

Öz işini ləyaqətlə görən insanları, qurumları populist yanaşmalarla incik salmayaq. Bu arada fürsətdən istifadə edib DİN, ADSEA, FHN əməkdaşlarına təşəkkür edirəm. Elə bütün gecəni (bu saat da!) onlarla çiyin-çiyinə çalışan REAL TV-nin əməkdaşlarına da. Sağ olun, dostlar, peşəkarlar, bu saat da iş başındasınız! Yağışa, sosial şəbəkələrə fikir vermədən! İşiniz avand olsun!

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Mart 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri