Yağış nə vaxt dayanacaq? Rəsmi
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə aprelin 6-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı ərazilərində isə intensiv olacağı ehtimal edilir.
Yağıntı axşama doğru tədricən kəsiləcək. Gün ərzində arabir güclənən şimal-qərb küləyi axşam saatlarında mülayimləşəcək.
Paytaxtda havanın temperaturu gecə 10-12° isti, gündüz 12-16° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 80-90 % civarında olacaq.
Azərbaycanın rayonlarında da hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı keçəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Xüsusilə şimal və şərq rayonlarında prosesin daha intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək.
Rayonlarda temperaturun gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda isə gecə 3-8° isti, gündüz 13-18° isti olacağı bildirilir.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Baxış sayı:130
Bu xəbər 06 Aprel 2026 07:02 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları