Icma.az
close
up
RU
Yağış və ya qar sonrası sürücülərin bilməli olduqları vacib məqamlar

Yağış və ya qar sonrası sürücülərin bilməli olduqları vacib məqamlar

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Yağış və ya qar sonrası sürücülərin bilməli olduqları vacib məqamlar açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev  məlumat verib. Yağış və qar sonrası təkərlərin yollarda olan su gölməçəsinə düşməsi sürücülər üçün ciddi təhlükə yarada bilər. Bu hadisə, xüsusilə yüksək sürətlə hərəkət edən avtomobillərdə "aquaplaninq" (su üzərində sürüşmək) adlanan təhlükəli vəziyyətə səbəb ola bilər. Aquaplaninq zamanı təkərlər yol səthi ilə təmasını itirir və avtomobil sanki suyun üzərində üzməyə başlayır. Nəticədə sürücü idarəetməni tam itirir.

Aquaplaninq necə baş verir?
Aquaplaninq - təkərlər altındakı suyu kənara ata bilmədikdə yaranır. Normal şəraitdə təkərin protektorları suyu kənara yönəldərək yol səthi ilə təması təmin edir ki, bu da sürücünün lazım olan anda avtomobilin hərəkət istiqamətini dəyişməsinə yardımçı olur. Lakin:
* Yolun su ilə örtülməsi,
* Sürətin yüksək olması,
* Təkərlərin aşınmış və ya havasının az olması kimi hallarda şinlərin suyu kənarlaşdırması prosesi natamam icra edilir və nəticədə idarəetmə çətinləşir, bəzən isə tamamilə mümkünsüz olur. 
Sürücülər nə etməlidir?
Aquaplaninqin qarşısını almaq və bu vəziyyətdə düzgün reaksiya vermək üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:

✅ Sürəti hava şəraitinə uyğun tənzimləmək – Yağışlı hava şəraitində və yaş yollarda yüksək sürətlə hərəkət etdikdə avtomobilin sürüşmə riski artır.
✅ Təkərlərin vəziyyətini mütəmadi yoxlamaq – Aşınmış təkərlər suyu düzgün şəkildə kənara ata bilmir. Təkərlərin protektor dərinliyi az olduqda, yol tutumu zəifləyir və avtomobilin sürüşmə ehtimalı artır.
✅ Təkər təzyiqinə nəzarət etmək – Həddindən artıq aşağı və ya yüksək təzyiqli təkərlər aquaplaninq riskini artırır.
✅ Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinmək – Yaş yolda qəfil sükanı çevirmək və ya əyləcə basmaq avtomobilin nəzarətdən çıxmasına səbəb ola bilər. Ələlxüsus da avtomobilin bir tərəfi qismən quru, digər tərəfi isə gölməçəyə düşdüyü məqamlarda. 
✅ Təkərlər yaxşı vəziyyətdə olsa belə, ehtiyatlı olmaq – Hətta yeni təkərlərlə də yüksək sürətlə su gölməçəsinə daxil olduqda aquaplaninq riski var.
Təhlükəsiz sürüş üçün hər zaman hava və yol şəraitinə uyğun sürət seçmək və buna uyğun hərəkət etmək tövsiyə olunur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Mart 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri