Icma.az
close
up
RU
Yağışlı, küləkli havada qəzalar artır: Sürücülər nəyə diqqət etməlidir?

Yağışlı, küləkli havada qəzalar artır: Sürücülər nəyə diqqət etməlidir?

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Yağışlı hava şəraiti yol nəqliyyat hadisələrinin artmasına səbəb olur. Görünmə məsafəsinin azalması, yol səthinin sürüşkən olması və sürücülərin hava şərtlərinə uyğun davranmaması qəza riskini daha da artırır.

Bu cür havalarda sürücülər qəzaların maksimum az olması üçün nələrə diqqət etməlidir?

İlqar Hüseynov, nəqliyyat eksperti

Mövzu ilə nəqliyyat eksperti İlqar Hüseynov Bakıvaxtı.az-la öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, belə hava şəraitində sürücülər mütləq şəkildə ara məsafəsini qorumalı, nəqliyyat vasitələri arasındakı distansiyaya ciddi əməl etməlidirlər. Qabarit işıqlarının istifadəsi həm gündüz, həm də gecə vaxtı zəruridir və bu, daima yanılı vəziyyətdə saxlanmalıdır:

"Hərəkət sürəti minimuma endirilməli, xüsusilə yol infrastrukturunu yaxşı tanımayan sürücülər həmin istiqamətlərə daxil olmamalıdırlar".

Ekspert qeyd edib ki, piyadaların təhlükəsizliyi də əsas məsələlərdən biri olmalıdır. Sürücülər piyada keçidlərində, istər “zebra” xətti olsun, istərsə də fərdi olaraq müəyyən edilmiş keçidlərdə piyadalara yol verməlidirlər.

"Bu cür hava şəraitində vətəndaşların imkan daxilində ictimai nəqliyyata üstünlük vermələri daha məqsədəuyğundur. Bu, həm yollarda yükün azalmasına, həm də ümumi təhlükəsizliyin təmin olunmasına kömək edər",- İlqar Hüseynov qeyd edib.

Sahil Ağabəyli, avtomobil ustası

Məsələ ilə bağlı avtomobil ustası Sahil Ağabəyli də mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verib.

O bildirib ki, küləkli havalarda əsasən iri qabaritli və külək tutan avtomobillər sürət məhdudiyyətinə xüsusi diqqət yetirməlidirlər:

"Çünki belə maşınları külək aşıra bilir. “Sedan” markalı avtomobillər xüsusilə diqqətli olmalıdır, bu tip maşınların külək təsirindən yönü dəyişə bilər. Bu da təbii ki, qəzalara səbəb ola bilir".

Usta eyni zamanda vurğulayıb ki, yağışlı havalarda bacardığımız qədər avtomobilləri yollara çıxarmamalıyıq:

"Hər hansı vacib bir iş yoxdursa, avtomobillə çölə çıxmağı biz ustalar tövsiyə etmirik. Əgər məcburiyyət qarşısında çıxmalı olursunuzsa, dərin gölməçəli yollardan uzaq sürün".

"Əgər sürdüyünüz yol problemlidirsə, həddən artıq yavaş sürətlə hərəkət edin ki, avtomobilin ön hissəsindən su mühərrikə dolmasın. Əgər mühərrik su ilə dolsa, tamamilə sıradan çıxacaq", – deyə Sahil Ağabəyli qeyd edib.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:296
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Aprel 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri