Icma.az
close
up
RU
Yakub Aslan: Çin ilə əlaqələrin inkişafı Azərbaycan üçün siyasi zəmanət qazandırır

Yakub Aslan: Çin ilə əlaqələrin inkişafı Azərbaycan üçün siyasi zəmanət qazandırır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində iştirak etmək üçün Çinə səfəri zamanı qarşılanması mərasimi rəsmi Bakının “Qlobal Cənubdakı” yerinin və rolunun böyük əhəmiyyətə malik olduğunu göstərir. Azərbaycanın həyata keçirdiyi praqmatik xarici siyasət kursu və iqtisadi mahiyyət daşıyan infrastruktur layihələri onun artıq regional deyil qlobal xarakterli proseslərdə iştirakını təmin edib.

Bu fikri AZƏRTAC-a açıqlamasında CGTN (China Global Television Network Turk) kanalının siyasi şərhçisi Yakub Aslan bildirib.

O diqqətə çatdırıb ki, hazırkı dövrdə Qərb ilə Şərqin kəsişməsində yerləşdiyinə görə hər iki qitənin dövlətlərinin Azərbaycana ehtiyacı var. Prezident İlham Əliyev bu reallığı yüksək qiymətləndirərək Azərbaycanı iqtisadi və siyasi baxımdan həmin dövlətlərin etibarlı tərəfdaşına çevirə bilib. Azərbaycan qurduğu infrastruktur layihələri hesabına iqtisadi dividentlərlə yanaşı, siyasi zəmanət də əldə edib.

Yakub Aslanın fikrincə, Bakı-Tbilisi-Qars, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Zəngəzur dəhlizinin reallığa çevrilməsi Azərbaycana olan marağı daha da artırıb. Ötən il Transxəzər marşrutu ilə 4,5 milyon ton yük daşınıb ki, bu da əvvəlki illərə müqayisədə 62 faiz artım deməkdir. Mərkəzi Asiya və Çin yaxın illərdə yükdaşımanın həcmini 10 milyon tona çatdırmağı planlaşdırıblar ki, bu da Cənub-Şərqi Asiyanın digər dövlətlərinin də Avropa ilə ticarət əlaqələrinin məhz bu marşrutla davam etdirmək istəyindən irəli gəlir.

Siyasi şərhçi bildirib ki, Çin bu gün dünya iqtisadiyyatında dominant gücə çevrilmək potensialına malikdir. Çin şirkətləri təkcə ŞƏT-ə üzv dövlətlərdə 3 mindən çox müəssisə yaradaraq 200 mindən artıq iş yeri açıb. Ötən il Çin ilə təşkilata üzv ölkələr arasında ticarət dövriyyəsi 512,4 milyard dollara çatıb ki, bu da 2023-cü illə müqayisədə 2,7 faiz çoxdur. Bütün bunlar göstərir ki, Çin investisiyaları Azərbaycandan da yan keçmir. Prezident İlham Əliyevin səfər çərçivəsində Çinin “Powerchina group” şirkətlər qrupunun icraçı vitse-prezidenti, “CCCC” şirkətinin sədri, "CETC" korporasiyasının baş direktoru, "China Energy Engineering Corporation Limited" şirkətinin rəhbəri ilə görüşləri onu deməyə əsas verir ki, bu şirkətlər yaxın gələcəkdə Azərbaycanın nəqliyyat-tranzit, energetika və başqa sahələrinə iri həcmli sərmayə yatıracaqlar.

Yakub Aslan qeyd edib ki, Sammitdə ŞƏT-in 2035-ci ilə kimi inkişaf strategiyası haqqında sənədin imzalanması perspektivdə üzv ölkələrin iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyacağından xəbər verir.

“Prezident İlham Əliyevin ŞƏT Sammitində iştirak üçün Çinə səfəri Azərbaycan üçün çox uğurla başa çatıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Çin ilə əlaqələrin inkişafı yalnız iqtisadi divident deyil, həm də Azərbaycan üçün siyasi zəmanət qazandırır”, - deyə siyasi şərhçi vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri