Icma.az
close
up
RU
Yalçın müəllimin jurnalistika dərsləri

Yalçın müəllimin jurnalistika dərsləri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan jurnalistlərinin unudulmaz müəllimi Yalçın Əlizadə 3 il əvvəl dünyasını dəyişsə də, çoxsaylı yetirmələrinin qəlbində yaşayır, daim xoş xatirələrlə və verdiyi ustad dərsləri ilə yad edilir.

Yalçın Əlizadə uzun müddət Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdu, jurnalistika fakültəsində müəllim, dosent, professor, kafedra müdiri və nəhayət, dekan vəzifələrində çalışmışdı.

Yalçın müəllim çox maraqlı, geniş erudisiya, böyük dünyagörüşünə malik, ideallarına sadiq bir şəxsiyyət idi. O, həyatının çox hissəsini jurnalistikaya həsr edərək ali ixtisaslı jurnalist kimi 10 il Azərbaycan radiosunda işləmişdi. Sonrakı illərdə o, BDU-da pedaqoji fəaliyyət göstərərək gənc jurnalistlərin yetişdirilməsinə mühüm töhfələr vermişdi. Azərbaycanda radio jurnalistika tarixini araşdıran ilk alimlərdən olan Yalçın Əlizadə bu sahənin aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, 2 dərsliyin, 3 sənədli publisist kitabın müəllifi idi. Onun elmi fəaliyyətində xüsusi yer tutan radio jurnalistikasının nəzəri aspektləri uzun illər apardığı tədqiqatların, şəxsi müşahidələrinin və praktik təcrübəsinin nəticəsi idi.

Bu araşdırmalar əvvəlcə “Azərbaycanda radio jurnalistikanın təşəkkülü və inkişafı” adlı namizədlik dissertasiyasında, daha sonra isə jurnalistika təhsilində dəyərli mənbə kimi qiymətləndirilən “Radio jurnalistikanın əsasları” adlı dərsliyində geniş nəzəri şərhini tapıb. Bu dərslik təkcə tədris vəsaiti deyil, milli radio jurnalistikasına elmi baxışın, peşə etikasının və yaradıcı düşüncənin birləşməsi idi. Kitabın ən böyük üstünlüklərindən biri nəzəri biliklə praktik təcrübəni uzlaşdırması olmuşdu.

Azərbaycan radiosunun 80 illiyinə töhfə olaraq Yalçın Əlizadənin yetirməsi professor Qulu Məhərrəmli ilə birgə hazırladığı “Azərbaycan efiri: tarix və müasirlik” adlı kitabı bu sahədə fundamental nəşr kimi qarşılandı. Kitabda radio və televiziya tarixinin öyrənilməsinə dair yeni sənədlərə, verilişlərdən nümunələrə, jurnalist məsuliyyətinə, canlı yayımda etik normalara geniş yer ayrılıb.

Yalçın müəllim üçün jurnalistika həyatının mənası olub. O, həmişə bu peşəyə layiq olmağa çalışıb. Bütün bu keyfiyyətlərinə görə Yalçın Əlizadə “Əməkdar jurnalist” fəxri adına, “Qızıl qələm” mükafatına, “Tərəqqi” medalına, “Əmək ordeni”nə və BDU-nun 100 illiyi medalına layiq görülüb.

Yalçın müəllim radio jurnalistikasını “səsli düşünmə sənəti” adlandırar, onun sadəcə, informasiya ötürən vasitə deyil, dinləyici ilə görünməz, lakin güclü emosional bağ yaradan media vasitəsi olduğunu vurğulayardı. Ustad jurnalist bu mövzuda saatlarla danışardı. O, tez-tez xatırladardı ki, radio jurnalisti efirdə təkcə özünü deyil, cəmiyyəti təmsil edir.

“Azərbaycan Radiosu ilk elmi araşdırmalarda” adlı metodik vəsait üzərində işlədiyim dövrdə Yalçın müəllimin elmi məsləhətçi kimi dəyərli tövsiyələri çox köməyimə gəldi. O, radioya gəldiyi ilk illəri, Tofiq Rüstəmov və Mailə Muradxanlı ilə birgə hazırladıqları verilişləri, efirdə yaşanan, şahidi olduğu gərgin anları yada salırdı. Bu xatirələr tədqiqatımın canlı tarix kimi formalaşmasına kömək etmişdi.

O, məni düşündürən bir detalın üzərində uzun-uzadı dayanırdı. “Bunu sən fakt kimi yox, proses kimi izah et”, – deyirdi.

Radio jurnalistikasının arxasında böyük zəhmət, məsuliyyət və zamanın nəfəsi dayandığını xatırlayan alim elmi işin oxunaqlı olmasına çalışır, mövzunun ruhunu duymağı, araşdırılan dövrü hiss etməyi öyrədirdi: “Elmi mətn də dinləyici, yaxud da oxucu üçün aydın və anlaşılan olmalıdır”. O, efirdə baş verən gözlənilməz vəziyyətlərdən peşəkarlıqla çıxdıqlarını xatırlayırdı: “Radionun gücü tək texnikada deyil, jurnalistin düşünmə sürətində və məsuliyyət hissindədir”. Yalçın müəllimin redaktə etdiyi istənilən yazıda heç bir işarə diqqətindən yayınmırdı. O, mətni tələsmədən, sətir-sətir oxuyardı, məntiqi uyğunsuzluq, yanlış söz və ya durğu işarəsi gözündən qaçmazdı. Hesab edirdi ki, mətn müəllifin peşəkar simasını əks etdirir. “Oxucu səni tanımaya bilər, amma sənə yazına görə qiymət verəcək”. İlk baxışda Yalçın müəllim çox ciddi təsir bağışlayırdı. Lakin onu yaxından tanıyan hər kəs bilirdi ki, bu ciddiyyət böyük məsuliyyətdən irəli gəlirdi. Semestrin sonu idi. Xəstələnib evdə müalicə aldığı günlərdə tələbələrlə Yalçın müəllimgilə getmişdik. Bu, tələbələr üçün sadəcə, ziyarət deyil, canlı ünsiyyət, açıq müzakirə imkanı idi. İlk dəqiqələrdən söhbət səmimi, isti bir ab-havada başladı. Jurnalistikadan, həyatdan, efirin görünməyən tərəflərindən danışdıqca zamanın necə keçdiyini hiss etmədik. Tələbələr diqqətlə ona qulaq asır, suallar verirdilər. Bu görüş onlarda çox böyük təəssürat yaratdı. Auditoriyada gördükləri ciddi müəllimin qayğıkeş və səmimi bir insan olduğunu məhz həmin axşam daha aydın hiss etdilər. Professional keyfiyyətləri ilə yanaşı, Yalçın müəllim gözəl ailə başçısı, sevimli müəllim, yüksək təşkilatçılığı ilə seçilən rəhbər idi. Fakültə dekanı işlədiyi vaxtlarda da professor-müəllim heyətinin inamını, sevgisini qazanmışdı. Müəllimi, professor Şirməmməd Hüseynov onun haqqında demişdi: "Yalçın, ləyaqət sahibidir, mənim ümidlərimi doğrultmuş alim və müəllimdir”.

Jurnalistika fakültəsində həmişə nüfuzlu müəllim və professorların, peşəkarların qurub-yaratdığı müəllim-tələbə münasibətləri səmimilik, qarşılıqlı hörmət və peşəkar etika prinsiplərinə əsaslanıb. Yalçın müəllimin ömrünün ən məhsuldar illəri Jurnalistika fakültəsində belə bir mühitdə keçmişdi. Müəllimlərinin illərlə yaratdığı mühiti, ənənələri qoruyub saxlamışdı və bu ənənələr günümüzdə də uğurla davam etdirilir.

Bu gün professor Yalçın Əlizadənin anadan olmasının 86-cı ildönümünü onsuz qeyd edirik. Belə bir müdrik deyim var: “Əgər insan layiqli həyat yaşayıbsa, onu sevən ailəsi, dostları və ömrünü həsr etdiyi peşəsi varsa, o xoşbəxtdir”. Yalçın müəllim də belə xoşbəxt taleli insan idi.

Sevinc MƏMMƏDOVA,
BDU-nun jurnalistika fakültəsinin dosenti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri