Icma.az
close
up
RU
Yalçın Rəfiyev: Metan emissiyalarını azaltmaq üçün hər bir imkanı dəyərləndirməkdə qətiyyətliyik VİDEO AZƏRTAC

Yalçın Rəfiyev: Metan emissiyalarını azaltmaq üçün hər bir imkanı dəyərləndirməkdə qətiyyətliyik VİDEO AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

COP26-da elan olunan qlobal metan öhdəliyinə artıq təxminən 160 ölkə, o cümlədən Azərbaycan da qoşulub. Bu öhdəliyi yerinə yetirmək üçün metan emissiyalarının əsas mənbələri olan qalıq yanacaqlar, kənd təsərrüfatı və üzvi tullantılara qarşı mübarizə aparmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 Prezidentliyinin mətbuat konfrasında deyib.

Yalçın Rəfiyev bildirib ki, Azərbaycan metan emissiyalarını azaltmaq məqsədilə bütün mümkün imkanları dəyərləndirməkdə qətiyyətlidir. COP28-də fosil yanacağından yaranan metan emissiyaları ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə olunmuşdu. “50-dən çox şirkət, o cümlədən SOCAR metanın azaldılması üzrə “Neft və Qaz Dekarbonizasiya Xartiyası”nı imzalayaraq, sıfıra yaxın metan emissiyalarına nail olmağa dair öhdəlik götürdü. Bu səyləri daha da gücləndirərək və tamamlayaraq üzvi tullantılardan yaranan metan emissiyalarının azaldılmasını əsas prioritet olaraq müəyyən etdik”, - deyə o, qeyd edib.

2022-ci ildə qida tullantılarının qlobal istixana qazı emissiyalarının 10 faizinə qədərini təşkil etdiyini vurğulayan COP29-un baş danışıqçısı bildirib: “Bu problemlə mübarizə üçün COP29 çərçivəsində üzvi tullantılardan yaranan metanın azaldılması üzrə bəyannamə təqdim olunub. Bu bəyannamə ölkələrin gələcək milli töhfələrində (NDC) qida tullantıları ilə bağlı sektoral hədəflər yaratmağı öhdələrinə götürdüklərini ifadə edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see192

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see138

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri