Yalnız Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra... Hakan Fidan Ermənistana şərt qoydu
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla diplomatik əlaqələri yalnız Azərbaycanla yekun sülh müqaviləsi imzalanandan sonra bərpa etməyə hazırdır.
Əgər bu mərhələdə Türkiyə - Ermənistan münasibətləri normallaşarsa, bu, Ermənistanda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əsasları azaldacaq və nəticədə bölgədə “donmuş münaqişə” riski yarana bilər. “Biz bunu istəmirik”, - deyə Fidan Anadolu Agentliyinə açıqlamasında bildirib.
Türkiyə Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələr qurmayıb. 44 günlük müharibədən sonra isə münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar başlanıb. 2022-ci ilin yanvarından etibarən iki ölkənin xüsusi nümayəndələri bir sıra görüşlər keçirib. Buna baxmayaraq, Türkiyə tərəfi münaqişənin həllini birbaşa Azərbaycanla sülh prosesinə bağlayır. Ermənistan isə danışıqlar zamanı bir neçə dəfə bəyan edib ki, münasibətlərin bərpası üçün əvvəlcədən şərtlər yoxdur, lakin Ankara bunu Ermənistan - Azərbaycan razılaşmasının birbaşa nəticəsi kimi görür.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 19 Noyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















