Icma.az
close
up
RU
Yalnız Minsk Qrupu deyil daha iki struktur LƏĞV EDİLMƏLİDİR

Yalnız Minsk Qrupu deyil daha iki struktur LƏĞV EDİLMƏLİDİR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan rəsmi şəkildə ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupunun ləğvini tələb edir. 

Prezident İlham Əliyev bu ilin əvvəlində bildirib ki, ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir: “Amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?”

Ermənistan Baş naziri Nikol Paşinyan da Minsk Qrupunun ləğv edilməsinin tərəfdarı olduğunu iddia etsə də, bu sözlərini əməldə edə bilmir.

Modern.az-ın məlumatına görə, burada söhbət təkcə Minsk Qrupundan getmir.

Rəsmi Bakı bir müddət əvvəl bəyan edib ki, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunması zəruridir.

Qarabağ məsələsi ilə əlaqədar yaradılan digər qurumların da ləğvi tələb edilir. Bura əsasən iki struktur daxildir: Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi.

Minsk Qrupu – nəticəsiz vasitəçilik

ATƏT-in Minsk Qrupu 1992-ci ildə yaradılıb və əsas məqsədi Ermənistan ilə Azərbaycan arasında Qarabağ məsələsinin sülh yolu ilə həllinə nail olmaq idi. Qrupun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Onlar iki ölkə arasında vasitəçilik missiyasını həyata keçirirdilər. Lakin uzun illər davam edən danışıqlara baxmayaraq, Minsk Qrupu əhəmiyyətli nəticə əldə edə bilmədi.

Azərbaycan bu illər ərzində qrupun fəaliyyətsizliyini və qeyri-obyektiv mövqeyini tənqid edib. Xüsusilə 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazisindəki işğala son qoyulduğunu və faktiki olaraq münaqişənin həll olunduğunu bəyan edib. Rəsmi Bakı bu mərhələdən sonra Minsk Qrupunun fəaliyyətinin mənasız olduğunu bildirib. 2022-ci ildə isə Azərbaycan rəsmiləri qrupun "de-fakto" ləğv olunduğunu, amma rəsmi sənədlərlə bu strukturun hələ də mövcud olduğunu vurğulayıb.

Yüksək Səviyyəli Planlaşdırma Komitəsi – formal struktur, nəticəsiz fəaliyyət

Yüksək Səviyyəli Planlaşdırma Komitəsi (High-Level Planning Group – HLPG) 1994-cü ildə ATƏT tərəfindən yaradılıb. Bu strukturun əsas vəzifəsi sülhməramlı missiya həyata keçiriləcəyi təqdirdə ATƏT-in regionuna yeridəcəyi qüvvələrin hərbi planlaşdırmasını hazırlamaq idi. Lakin bu missiya heç vaxt reallaşmadı və Komitə fəaliyyətsiz qaldı.

Azərbaycan tərəfi hesab edir ki, bu komitə artıq funksional deyil və reallıqlara cavab vermir. Bu səbəbdən onun saxlanılması həm mənasız, həm də resurs israfıdır.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi – simvolik və təsirsiz Kaspşik

1995-ci ildən etibarən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsi mövcuddur. Bu vəzifəni uzun illərdir Anjey Kaspşik icra edir. Onun əsas missiyası artıq olmayan cəbhə xəttində monitorinqlərin həyata keçirilməsi və tərəflər arasında etimadın artırılması idi. Lakin münaqişənin aktiv fazası bitdikdən və Azərbaycan sərhədlərinə nəzarəti bərpa etdikdən sonra bu vəzifənin icrası faktiki olaraq dayanıb.

Bu vəzifə də artıq funksional deyil və onun saxlanılması ATƏT-in resurslarının mənasız istifadəsinə səbəb olur.

Yeri gəlmişkən, ATƏT bu strukturların saxlanılması üçün hər il yüz minlərlə dollar vəsait xərcləyir. Son illərdə faktiki xərclər nəzərəçarpacaq dərəcədə fərqli olub. 2018-ci ildən bəri bu qrupun fəaliyyəti üçün ayrılan vəsait hər il dəyişib. 2019-cu ildə Minsk Qrupu faktiki olaraq 366 553 dollar xərcləyib. 2020-ci ildə bu rəqəm 716 955 dollara yüksəlib. Xüsusilə 44 günlük müharibənin baş verdiyi həmin il Minsk Qrupu üçün ayrılan xərclərin ən yüksək həddə çatması diqqət çəkir. 2021-ci ildə isə bu məbləğ 328 423 dollar olub ki, bu da əvvəlki illərlə müqayisədə xeyli azdır.

Son illərin statistikasına baxsaq, Minsk Qrupunun xərclərinin artıb-azalması onun fəaliyyətinin səmərəliliyi ilə bağlı suallar doğurur. ATƏT-in 2022-2024-cü illər üçün icmal büdcəsi barədə dərc edilmiş hesabat hələlik mövcud deyil.

Maliyyə problemləri üzləşən qurumun artıq öz dövrünü başa vuran strukturlara vəsait xərcləməsi məntiqsizdir. Elə bu səbəbdən Azərbaycan 2024-cü ildə ATƏT-in vahid büdcəsi üzrə müzakirələrdə Minsk Prosesinə aid ATƏT təsisatlarının proqram fəaliyyətlərinə vahid büdcədən vəsait ayrılmasının əleyhinə olub.

Rəsmi Bakı hesab edir ki, ATƏT hələ də Qarabağ məsələsini sanki davam edən bir mübahisə kimi təqdim edən strukturları qoruyub saxlayır. Azərbaycan BMT tərəfindən tanınan sərhədləri daxilində suverenliyini bərpa etdiyini və bu prosesin geri dönüşü olmadığını bəyan edib. Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və şəxsi nümayəndə postu bu günün geosiyasi reallıqları ilə uyğunlaşmır.

Modern Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri