Icma.az
close
up
RU
Dambrauskas: Ardıcıl olaraq eyni rəqibə qarşı oynamaq çətindir

Dambrauskas: Ardıcıl olaraq eyni rəqibə qarşı oynamaq çətindir

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Öncədən də demişdim ki, bu gün oyun çətin olacaq. Eyni rəqibə qarşı ardıcıl 2 dəfə oynamaq çətindir. Rəqib də, biz də əvvəlki oyundan nəticələr çıxarmışdıq, bəzi düzəlişlər etmişdik. Düzdür, bu gün nə qərib, nə də biz öz yaxşı oyunumuzu göstərə bildik. Birinci hissə o qədər də yaxşı çıxış etmədik. İkinci hissə rəqibin təhlükəli epizodlar yaratdılar. Yaxşı müdafiə olunduq. Bilirdik ki, ikinci hissədə rəqib irəli atılacaq. Oyunçularımın və ev tapşırıqlarını hazırlayan köməkçimin də haqqını verməliyəm. İkinci hissədə daha açıq oyun oldu. Əks hücumlardan fərqlənərək, oyunu bitirə bilərdik. Təəssüf ki, qol fürsətlərindən yararlana bilmədik. Oyunu əlavə vaxta apardıq. Məni üzən o idi ki, qol fürsətlərindən istifadə edə bilmədik. Kubok oyunudur, penaltilərə qədər gedə bilərdi. Ona görə sonlara yaxın gərginlik var idi. Futbolçularımın haqqını verməliyəm. Bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Sabah bərpa olunmalıyıq, daha sonra bizi "Neftçi"yə qarşı vacib matç gözləyəcək".

Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas ölkə kubokunun 1/8 final mərhələsində "İmişli"yə qarşı matçından sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Qapınıza təyin edilən penaltinin təkrarına baxmısız? Orada top futbolçunuzun əlinə dəymişdi?

- Siz gördünüz? Mən bu barədə müzakirə aparmaq istəmərəm. Amma içimdən "yanıram". Şərh vermək istəmirəm. Mənim vəzifəm öz futbolçularıma məşq keçməkdir. Onların rəhbərliyinin vəzifəsi də hakimlərə hakimliyi öyrətməkdir. Mənim üçün bu məsələ bağlıdır. Bizim leyhimizə penalti göstərə bilərdilər. Hakimlər fərqli qərarları verdilər. VAR-da nəyisə tapdılar, gördülər. Biz özümüzdə güc tapıb, hesabda önə çıxdıq. Öz işimizə köklənmişik.

- "Sabah"ın finala çıxmaq, kubokun qalibi olmaq şansını necə dəyərləndirirsiz?

- Bu mövsüm yeni mövsümdür. Yeni baş məşqçisi var klubun. Bir faiz belə, kubokda gələcəkdə nələr olacağını fikirləşmirəm. İndi qarşıdan gələn "Neftçi" oyununu, ondan sonra "Turan Tovuz" oyununu düşünürəm. Məni daha çox qarşıdan gələn görüşlər maraqlandırır. Sabahkı məşq bu dəqiqə mənim üçün daha önəmlidir. "Neftçi"yə qarşı ağır oyunumuz olacaq.

- "Sabah" "Neftçi" ilə oynayacaq. Siz kubok matçını onlardan bir gün sonra keçirmisiz. Bu məqam rəqibə üstünlük verə bilər?

- Mən bunu dəyişə bilərəm? Xeyr. Mən daha çox öz nəzarətim altında olanları dəyişmək istəyərdim. Mən bunu dəyişə bilmərəm. Vəzifəm uşaqları oyuna daha yaxşı adaptasiya edim.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sportal.az
archiveBu xəbər 03 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri