Yanacağın bahalaşması Avropada işlənmiş elektromobillərə marağı artırıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 mart, AZƏRTAC
Yaxın Şərqdə davam edən münaqişə Avropada avtomobil yanacağının bahalaşmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bahalaşma işlənmiş elektromobillərə marağı artırıb. Norveçli ekspert Terje Dahlqren bildirir ki, işlənmiş avtomobil bazarı proseslərə daha tez reaksiya verir. Son bir ayda Avropa İttifaqında yanacağın orta qiyməti 12 faiz artaraq 1,84 avronu ötüb. Bəzi ölkələrdə yanacaq 2 avrodan bahadır.
Amsterdamda yerləşən “Olx” satış platformasının ekspertləri bildirirlər ki, son 2 həftədə elektrik mühərrikli avtomobillərin axtarışları Portuqaliyada 54 faiz, Fransada 50 faiz, Rumıniya və Polşada isə 40 faiz artıb.
Almaniyanın əsas avtomobil satış saytı olan “mobile.de”də elektromobil axtarışları martın sonunda 12 faizdən 36 faizə qalxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 27 Mart 2026 06:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















