Neftin bahalaşması qonşu ölkədə yanacağın qiymətini artırdı
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın İranın sülh təklifini rədd etməsi və hərbi əməliyyatların bərpa edilə biləcəyi ilə bağlı açıqlamaları enerji bazarlarında qiymət artımına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, sentyabrın 28-də Brent markalı neftin qiyməti 3 faizdən çox artaraq 107 dolları keçib. WTI markalı neft isə 94-95 dollar ətrafında satılıb.
“Reuters”in məlumatına görə, artımın əsas səbəblərindən biri ABŞ-İran danışıqları ilə bağlı qeyri-müəyyənlik və Hörmüz boğazında neft daşımalarına dair risklərdir.
Qeyd edək ki, neft bazarındakı bahalaşma region ölkələrində yanacağın qiymətlərinə də təsir göstərib.
Qonşu Gürcüstanda son həftələrdə benzin və dizelin qiyməti yüksəlib. Hazırda müxtəlif yanacaqdoldurma məntəqələrində super benzinin litri təxminən 4,4-4,6 lari (1,69-1,76 dollar), premium benzinin litri 4-4,2 lari (1,53-1,61 dollar), adi benzinin litri isə 3,8-3,9 lari (1,46-1,49 dollar) civarındadır. Dizelin qiyməti isə bəzi şəbəkələrdə 4,7-4,9 lariyə (1,80-1,88 dollar) çatıb.
Bu mövzuda digər xəbərlər:Çinin mesajı neftin qiymətini artırdı
02 May 2025 23:01
Qonşu ölkədə çörəyin bahalaşması gözlənilir
10 Yanvar 2025 12:24
Səudiyyə Ərəbistanı neftin qiymətini səkkiz dəfə artırdı
07 Aprel 2026 11:11
Trampın çağırışı neftin qiymətini artırdı: Məsələ nədən ibarətdir?
17 İyun 2025 14:16
Səudiyyə Ərəbistanı Asiya üçün neftin qiymətini kəskin artırdı
06 Mart 2026 12:27
Baxış sayı:142
Bu xəbər 28 Sentyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















