Icma.az
close
up
RU
Yanacaq mafiyası hərəkətə keçdi Elektromobillərdən imtinanın pərdəarxası…

Yanacaq mafiyası hərəkətə keçdi Elektromobillərdən imtinanın pərdəarxası…

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Elektrikli avtomobillərin ilk ortaya çıxışı zamanı bir çox ölkələr bu texnologiyanı ekoloji və iqtisadi problemlərin həlli yolu kimi görürdü. Lakin son illərdə bəzi ölkələr elektrikli avtomobillərdən imtina etməyə başlayıblar. Məsələn, analoji addım atanlardan biri Almaniyanın “Porsche” avtomobil şirkəti olub. Belə ki, şirkət rəsmi açıqlama yayaraq, elektromobillərə keçidin yanlış olduğunu və benzinlə işləyən mühərriklərə qayıtdığını elan edib. Eyni zamanda “Ford”, “General Motors”, “Volksvagen” və “Volvo” kimi böyük istehsalçılar da benzindən imtinanın səhv olduğunu bildirirlər.

Bu qərar iki gündür dünya mediasında ciddi müzakirə edilir. Elektrikli maşınlara sürətli keçidin yaşandığı vaxtda birdən-birə əks qərar verilməsi təəccüblə qarşılanıb. Qərarın səbəbləri nələrdir? Bu addımların arxasında nələr dayanır?

Avtosfer.az xəbər verir ki, bu barədə "Globalinfo"ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, elektriklə çalışan avtomobillərlə bağlı dünyada fərqli tendensiyalar müşahidə edilir:

“Əsas tendensiya ətraf mühitin qorunması üçün səy göstərən, dünyamızı xilas etməyə çalışan, xüsusən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransına (COP) qoşulan dövlətlərin prosesə yanaşmasıdır. Ancaq bəzi ölkələr, xüsusilə ABŞ elektrik avtomobillər, ümumiyyətlə elektrikin daha geniş yayılmasına qarşıdır, bunu arzulamır. Məxsusi olaraq, Donald Trampın ABŞ prezidenti seçilən kimi təbii sərvətlərdən mümkün qədər geniş istifadə etməyə çağırışlar etməsi, neft-qaz sektorunun inkişafına diqqət yetirməsi, BMT-nin bir çox layihələrindən kənarlaşma cəhdləri, xüsusilə COP-dan uzaqlaşmaq, pul ayırmamaq və sair kimi neqativ davranışlar bəzi ölkələrə bir az da ruh verib. Onlar elektrik maşınların sərf etmədiyini düşünür. Əslində “Porşe” və digər modellər daha çox daxiliyanma mühərriki ilə işləyən avtomobillərdə effektivlik görür”.

Elməddin Muradlı

Ekspert bildirib ki, burada öz sözünü deyənlər yanacaq, benzin mafiyasıdır və onlar bu istiqamətdə atılan addımlara qarşı çıxırlar:

“Bu, həmişə belə olacaq. Onlar bu gün də öz siyasətlərini davam etdirir, elektrik avtomobillərinin bir çox qüsurlarını tapır, bunun üzərində geniş müzakirələr açmağa çalışırlar. Nəticədə bəzi ölkələr bu cür qərarlar verirlər. Elektromobillərlə bağlı müxtəlif ölkələrdə fərqli yanaşmalar var. Hətta bəzi çağırışlar var ki, elektrik avtomobillərinin batareyaları sonradan daha ciddi problemlər yaradacaq və bu, benzinin, dizelin yaratdığı ekoloji problemləri üstələyəcək. Avropa Birliyi (AB) bir ara bəyanatlar verdi, necə deyərlər, boynundan yuxarı tullandı, indi də geri qayıdır. Onlar görür ki, yanacaqsız, benzinsiz çətin olur. Bu, həm də satışlara təsir göstərir, onlar elektrik avtomobillərini daha ucuza istehsal edə bilmirlər. Bu tip maşınlarda çip və ya digər texnoloji avadanlıqlar başqa ölkələrdən, xüsusilə Çindən gətirilir. Pekin isə elektromobilləri daha ucuz istehsal edərək dünya bazarında özünə yer tuta bilir. Nəticədə Avropa Çinin qarşısında tab gətirə bilməyərək müxtəlif bəhanələrlə geri qayıtmaq istəyir. Hesab etmirəm ki, yaxın zamanda bütün Avropa elektriklə çalışan avtomobillərə keçid edəcək, amma bu, zamanla baş verəcək. Konkret olaraq, “nə vaxt” sualına cavab vermək çətindir. Söz verən ölkələrin özü belə bu gün benzinin vacibliyindən danışırlar”.

Digər müsahibimiz, avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, dünyada hələ də ənənəvi daxiliyanma mühərrikli avtomobillərə tələbat çoxdur:

Eldəniz Cəfərov

“Söhbət benzin və dizel mühərrikli avtomobillərdən gedir. İri avtomobil sənayeçiləri də bu alıcıları itirmək istəmirlər. Onu da qeyd edim ki, bəzi markaların modelləri əsasən idman üslublu avtomobillərdir və onların elektrik mühərrikli olması heç də əlverişli sayılımır. Yəni alıcıları itirə bilərlər. Həmçinin elektromobil istehsalı çox böyük vəsait tələb edir. Burada ekoloji standartlardan söhbət gedir. Eyni zamanda bəzi ölkələrdə avtomobil istehsal etdikdən və növbəti mərhələdə avtomobilin zəmanət müddəti bitəndən, yəni köhnəldikdən sonra onların elektrik akkumulyatorların utilizasiyası məsələsi də həmin sənayeçilərin üzərinə qoyulub. Sənayeçilər bunu çox böyük maliyyə itkisi kimi dəyərləndirirlər. Lakin bu, o demək deyil ki, avtomobil istehsalçıları elektromobildən tam imtina edirlər. Belə deyil, istehsal davam edir, dünyanın bütün aparıcı avtomobil istehsalçı şirkətlərinin hamısının bir neçə elektrik mühərrikli modelləri mövcuddur və satışdadır. Sadəcə bu şirkətlər bəzi modellərin elektromobilə keçidini təmin etməyəcəklər. Onlar ənənəvi benzin, dizel mühərrikli olaraq qalacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Fevral 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri