Icma.az
close
up
RU
Yanacaq qıtlığı Putini bu addımı atmağa vadr etdi Moratorium başladı

Yanacaq qıtlığı Putini bu addımı atmağa vadr etdi Moratorium başladı

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putin bazar günü yanacaq dempferinin “sıfırlanmasına” moratorium elan edən fərmanı imzalayıb.

“AzPolitika” xəbər verir ki, bu, Rusiya hökumətinin yanacaq qiymətlərini sabit saxlamaq üçün tətbiq etdiyi maliyyə mexanizmidir. Bu mexanizm dövlətin neft şirkətlərinə verdiyi kompensasiyadır (subsidiyadır). Məqsəd şirkətləri yanacağı xaricə satmaq əvəzinə, ölkə daxilində satmağa maraqlı etməkdir.

Energetika Nazirliyinin məlumatına görə, bu addım ölkə daxilində benzin və dizel yanacağının qiymətlərini sabitləşdirməyə yönəlib. Gözlənilir ki, bu qərar yanacağın ixracdan daha çox daxili bazara satışını sərfəli edəcək. Son həftələrdə Rusiyanın bir sıra regionlarında və ilhaq olunmuş Krımda yanacaq tədarükündə fasilələr və qiymət artımı müşahidə olunur. Bu, o cümlədən Ukrayna pilotsuz təyyarələrinin zərbələri nəticəsində bir sıra neft emalı zavodlarının qurğularının sıradan çıxması ilə bağlıdır. Analitiklərin son məlumatlarına görə, hazırda rekord sayda neft emalı qurğusu fəaliyyətini dayandırıb.

“RBK”nın yazdığına görə, əgər yanacağı xaricə satmaq ölkə daxilində satmaqdan daha sərfəlidirsə, hökumət dempfer mexanizmi vasitəsilə neft şirkətlərinə ixrac fərqini kompensasiya edir və beləliklə, qiymət dinamikasını sabitləşdirir. Lakin daxili bazarda yanacaq qiymətləri müəyyən həddi aşdıqda, dempfer ödənişləri sıfırlanır. İndi isə Putinin imzaladığı fərmana əsasən, benzin və dizel yanacağı üzrə dempfer ödənişlərinin sıfırlanması baş verməyəcək, hətta qiymətlər ölkə daxilində müəyyən edilmiş həddi keçsə belə. Beləliklə, hökumət neft şirkətlərini yanacağı xaricə satmaqdan çəkindirmək və daxili bazara yönəltmək niyyətindədir. Moratorium 1 oktyabrdan 1 mayadək qüvvədə olacaq.

Eyni fərmanla, yay dizelinin aviasiya kerosini ilə qarışdırılması nəticəsində əldə edilən dizel yanacağı aksiz vergisindən azad edilib.

Energetika Nazirliyi vurğulayıb ki, nazirliyin və hökumətin əsas vəzifəsi Rusiya vətəndaşlarını və sənayeni yanacaqla təmin etməkdir.

Oktyabrın əvvəlində məlum olub ki, Ukrayna dronlarının neft emalı zavodlarına hücumları fonunda Rusiya tankerləri ilə neft ixracı son bir il yarımda maksimum səviyyəyə çatıb. Limanlar demək olar ki, güc həddinə qədər işləyir, neft emalı isə 2022-ci ilin yazından bəri minimum səviyyəyə düşüb. Bu barədə “Bloomberg” məlumat yayıb. 

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri